GİLAN HOLDİNQDƏ SƏMƏRƏLİ GÖRÜŞ GİLAN HOLDİNQDƏ SƏMƏRƏLİ GÖRÜŞ

, baxılıb - 197 dəfə

Bakı Mühəndislik Universiteti ölkəmizdə fəaliyyət göstərən və kifayət qədər tanınmış şirkətlərlə yaxından əməkdaşlıq edir və bu şirkətlərlə tez-tez müxtəlif mövzularda görüşlər keçirir. Belə görüşlərdən biri də Gilan Holdinqin İnsan Resursları Departamentinin direktoru Allahverdi Bağırov və İnsan Resursları üzrə Koordinator Xəqani Səfərov ilə Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin əməkdaşları tərəfindən təşkil olundu. Görüşdə 2016-2017-ci tədris ilində tələbələrimizin holdinqin nəzdində olan şirkətlərdə gəzintilərə cəlb edilməsindən, tələbələrimiz üçün təşkil olunmuş istehsalat təcrübəsindən, növbəti tədris ilində əməkdaşlığımızın davam etdirilməsindən və yeni –yeni layihyələrin birgə təşkili barədə geniş fikir mübadiləsi aparıldı. 
Gilan Holdinq keyfiyyətli kadr bazasını daha da gücləndirmək məqsədi ilə universitetimizin 3-cü və 4-cü kurs tələbələrini müsabiqə yolu ilə seçib, öz şirkətlərində təcrübə proqramlarına cəlb etmələri haqqında maraqlı olduqlarını qeyd etdilər. Gilan Holdinqin ölkəmizdə yerli kadırların təcrubələrə cəld edib onların ixtisasları üzrə inkişaf etməsində çox maraqlı olduqlarını vurğuladılar. 
Biz də öz nöbəmizdə əməkdaşlıq üçün qeyd olunan səmərəli təfliklərə, tələbələrimizə göstərdikləri diqqət və qayğıya görə Gilan Holdinqin rəhbərliyinə və çoxsaylı kollektivinə öz təşəkkürümüzü bildirdik. Görüşün sonunda xatirə şəkili çəkildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017