FAB Boya və Kimya Sənayesi MMC-də təcrübə gəzintisi FAB Boya və Kimya Sənayesi MMC-də təcrübə gəzintisi

, baxılıb - 72 dəfə

Bakı Mühəndislik Universitetinin Sənaye Mühəndisliyi və MBA tələbələri, universitetin Müəssisələrlə Əlaqələr və Karyera Departamentinin direktoru dos. Təyyar Mustafayev "FAB Boya və Kimya Sənayesi" MMC-nin qonağı oldular. Şirkətimizin "FAB Akademiyası" I və II korpuslarında yer alan 6 keyfiyyətə nəzarət laboratoriyası, "HILLFAN" plastik boru, "FABKİM" keramika yapışdırıcıları fabrikləri, həmçinin şirkətin boya və polimerlər istehsal edən bölmələri ilə yaxından tanış oldular. Konfrans zalında "FAB Boya"-nın fəaliyyət tarixini əks etdirən qısametrajlı filmə tamaşa etdikdən sonra, Təyyar Mustafayev çıxış edərək, şirkətimiz haqqında tələbələrlə öz təəssüratını bölüşdürdü. 
Gəzintinin təşkil olunmasında “Fab Boya və Kimya Sənayesi” MMC-nin rəhbərliyi başda olmaq bütün əməkdaşlarına Bakı Mühəndislik Universitetinin rəhbərliyi adından öz təşəkkürümüzü bildirir və şirkətlə əməkdaşlığımızın daha da inkişaf edəcəyinə ümid edirik.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017