Fəxrimiz İlham Zəkiyev Bakı Mühəndislik Universitetinin qonağı olub Fəxrimiz İlham Zəkiyev Bakı Mühəndislik Universitetinin qonağı olub

, baxılıb - 546 dəfə

  Bakı Mühəndislik Universitetinin tələbələrdən ibarət "Qarabağ Tarix Klubu "nun rəhbəri Nərmin Davidova və klub üzvlərinin təşkilatçılığı ilə Qarabağ qazisi və cudoçu İlham Zəkiyev ilə görüş təşkil edilib. Universitetin prorektoru Bayram Hüseynzadə qonağı qarşılayıb, yeni yaranmış Bakı Mühəndislik Universiteti və tələbələrin dərslə yanaşı sosial fəaliyyətlə də məşğul olmaları barədə danışıb. Görüşün təşkilində məqsəd qonağımızın tələbələr tərəfindən daha yaxından tanınması və onun  şərəfli həyat yoluna nəzərə salaraq tələbələrin  motivasyanı artırmaqdır. İlham Zəkiyevin haqqında görüş iştirakçılarına ətraflı məlumat verilib. Qeyd olunub ki, İlham Zəkiyev 3 mart 1980-ci ildə Sumqayıt şəhərində anadan olub. Ailədə özündən başqa 3 qardaşı və 1 bacısı var. İlham Zəkiyev 15 yaşından etibarən cüdo ilə məşğul olmağa başlayır. İlham çox qısa bir müddət ərzində uğurlara imza atır, Sumqayıt şəhərində keçirilən yarışmada qalib gəlir, gənclər arasında keçirilən cüdo üzrə Azərbaycan birinciliyində qaliblər arasında yer tutur və sambo üzrə yeniyetmələr arasında Respublika çempionu olur. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vuruluduqdan sonra görmə qabilliyətini itirmiş, və bundan sonra cüdo ilə daha ciddi məşğul olmuşdur.

  Cüdoçu, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və yeddiqat Avropa çempionu, 2015 Avropa Oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir. "Şöhrət" ordeni və "Tərəqqi" medalı ilə mükafatlandırılmışdır. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında  Azərbaycanın bayraqdarı olub.

  Görüş sual-cavab formasında keçirilib. Tələbələri maraqlandıran suallara İlham Zəkiyev cavab verib. Tələbələrlə görüşə həvəslə gəldiyini bildirib və onlara layiqli vətəndaş olmaq üçün tövsiyyələrini verib. Sonda İlham Zəkiyev tələbələrlə xatirə şəkili çəkdirib. 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020