BMU–da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla yekunlaşmaqdadır BMU–da 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla yekunlaşmaqdadır

, baxılıb - 762 dəfə

    Azərbaycan Respublikasının Təhsil Naziriliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq Bakı Mühəndislik Universitetində (BMU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 3-dən başlayıb və sona çatmaqdadır. Qeyd edək ki, BMU-da imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması, daxil olan hər bir şikayətin çevik şəkildə araşdırılıb lazımi tədbirlərin görülməsi universitet rəhbərliyinin daim diqqət mərkəzində olub.

      Bütün imtahanların nəticələri günün sonunda BMU-nun Tələbə Məlumat Sisteminə (TMS) yerləşdirilib. İmtahan prosesinə heç bir kənar müdaxilə yol verilmədən, tələbələrə biliklərini nümayiş etdirmək üçün lazımi şərait yaradılıb.

    Belə ki, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və Apellyasiya Komissiyası fəaliyyət göstərib.

    Universitetdə tələbələrin valideynlərinin, təhsil sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələri nümayəndələrinin, təhsil ekspertlərinin imtahan prosesini izləmələrinə də xüsusi şərait yaradılmışdır.

     Bütövlükdə BMU-da imtahan sessiyasının normal mənəvi-psixoloji şəraitdə, obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib və sessiya uğurla yekunlaşmaqdadır.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019