Doktorant Günel Ağabəyli və onun “CO2 Catalyser” start-ap komandasına Edinburqda yerləşən Karbon İnnovasiyalar Mərkəzinin ilkin İstixana inkubasiya dəstəyi verildi Doktorant Günel Ağabəyli və onun “CO2 Catalyser” start-ap komandasına Edinburqda yerləşən Karbon İnnovasiyalar Mərkəzinin ilkin İstixana inkubasiya dəstəyi verildi

, baxılıb - 226 dəfə

 

  Günel Ağabəyli Mühəndislik məktəbində fəaliyyət göstərən doktorantlardan biridir. O, apardığı tədqiqatla yaxından əlaqəli olan bir sahədə göstərdiyi əlavə təhsil fəaliyyətlərinə görə digərlərindən fərqlənir. Günel Ağabəylinin üzv olduğu ”CO2 Catalyser” adlı start-ap şirkətinə Edinburqda yerləşən Karbon İnnovsiyalar Mərkəzinin ilkin İstixana inkubasiya dəstəyi verilmişdir.

  O, məktəbimiz daxilində, Dr. Dimitri Migrantın nəzarəti altında yenilənə bilən enerjidən istifadə etməklə karbon dioksidi(CO2) yanacaq və digər kimyəvi maddələrə çevirən proseslərin simulyasiyası üzərində çalışır. Gənc kimyaçı M.V. adına Moskva Dövlət Universitetindən məzun olduqdan sonra İngiltərənin Birmingem universitetində kimya mühəndisliyi sahəsi üzrə magistr təhsili alıb(2016). Azərbaycanda Neft-Kimya Prosesləri İnstitutu və Bakı Mühəndislik Universitetində çalışan Günel, həmçinin təcrübəli tədqiqatçıdır. Bizə qoşulduqdan sonra, Günel “Məzun Mühəndislik Cəmiyyəti “ üçün tədbirlər təşkil etmişdir.

 Lakin o, bununla yanaşı karbon dioksidi yanacaq və kimyəvi maddələrə çevirmək üçün həyata keçirilən yeni elektrokimyəvi prosesin inkişaf etdirilməsində iz buraxan Azərbaycanlı alimlərlə eyni komandada fəaliyyət göstərir. Onun komandası artıq həyata keçirdiyi işlərə görə bir sıra mükafatlar qazanıb. Son illərdə, Günel öz komandasını start-apın ilkin inkubasiyası və Avropa Ətraf Mühiti ilə bağlı KİC akselerator proqramına dəstək verən Edinburq Karbon İnnovasiyalar Mərkəzi Qlobal İstiləşmə proqramına kömək üçün müraciət etməyə həvəsləndirib. Beləki, Climatelaunchpad müsabiqəsinin məzunu olduğuna görə Güneli də yuxarıda adı çəkilən proqrama müraciət etmək üçün həvəsləndiriblər.

Layihə haqqında məlumat

Fosil yanacaqdan istifadə bu və gələcək nəsillərın qarşılaşdığı qlobal problemlərdən biri olan atmosferdə karbon dioksidin(CO2) toplanmasına gətirib çıxarır.

Tədqiqatçılar karbon dioksidin(CO2) yüksək verimliliyə malik dəyərli üzvi maddəyə çevrilməsi üçün katalizator tapmağa çalışırlar. Karbon dioksidin(CO2) effektiv şəkildə çevrilməsi kimya və mühəndislik sahələrinin üzləşdiyi əsas problemlərdəndir.

“CO2 Catalyser” karbon dioksidin(CO2) elektrokimyəvi çevrilməsi yolu ilə  eyni problem üzərində çalışan qrupdur. Qiymətli metal katalizatorlara əlavə olaraq, biz təbii şəkildə mövcud olan mineralın elektrokimyəvi katalizator kimi istifadəsi təklifini irəli sürmüşük.İqtisadi üstünluklər mövcud olduğundan bu sənaye miqyasında həyata keçirilə bilər: aşağı qiymətli yaşıl texnologiya. Müştərilərimiz əsas problemi yüksək TON(çevrilmə ədədi)/TOF(çevrilmə faizi)  malik ucuz və sabit katalizator tapmaqdır. On il problem üzərində çalışdıqdan sonra bizim qrup nano-qızıl, platinium və rutenyum kimi qiymətli metal katalizatorlarla müqayisədə bu unikal katalizatorun yüksək  effektivlik və uzun-müddətli sabitlik nümayiş etdirəcəyindən əmindir. Bundan əlavə, onun qiyməti hal-hazırda mövcud olan katalizatorların qiymətindən aşağıdır.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018