Delta Group ilə səmərəli görüş Delta Group ilə səmərəli görüş

, baxılıb - 839 dəfə

Bakı Mühəndislik Universitetinin Müəssisələrlə Əlaqələr və Karyera departamentinin təşkilatçılığı ilə departamentin direktoru Təyyar Mustafayev və mütəxəssis Vasif Fərəcov ilə Azərbaycan qida sektorunda xüsusi yeri olan Delta Group şirkətinin qonağı oldular.

Delta Group şirkətinin İnsan Resursları departamentinin müdiri Aqil Suleymanov və Satış şöbəsinin müdiri Tural Haciyev arasında əməkdaşlıq çərçivəsində görüş keçirilmişdir. Görüş zamanı:

  • şirkətdə mövcud vakant yerlər, məzunlarımızın və tələbələrimizin bu vakant yerlərə cəlb edilməsi;
  • tələbələrimizin istehsalat təcrübəsi keçmələri üçün müvafiq proqramların hazırlanması;
  • tələbələrin praktiki təcrübələrini inkişaf etdirmək, dünya görüşlərini artırmaq məqsədi ilə ixtisaslarına uyğun olaraq şirkətdə günlük təcrübə xarakterli gəzintilərin təşkili;
  • universitetdə müasir tədris texnologiyaları üzrə ekspert-məsləhət xidmətləri göstərmək məqsədi ilə müəssisələrin aparıcı mütəxəssisləri tərəfindən müxtəlif sahələrdə müvafiq dərslərin verilməsi (master-klass);
  • tədqiqat-araşdırma, kurs və buraxılış işlərinin, magistrantların dissertasiya mövzularının praktiki hissəsinin araşdırılması üçün tələbələrə köməklik göstərməsi;

Görüş zamanı, şirkətin istehsalat təcrübələrinin universitetdə istifadəsi, universitet müəllimlərinin və tələbələrinin şirkətin fəaliyyətinə cəlb edilməsi, ölkənin sahibkarlıq sektorunun elmi-tədris işlərinə cəlb edilməsi məqsədi ilə şirkət ilə qarşılıqdı əməkdaşlıq inkişafı kimi digər mövzular da müzakirə edildi.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018