Milli Aviasiya Akademiyasının nümayəndə heyəti BMU-da olub Milli Aviasiya Akademiyasının nümayəndə heyəti BMU-da olub

, baxılıb - 766 dəfə

 

    Görüş universitetlərin əməkdaşlığı məqsədi ilə təşkil olunub. Universitetin rektoru, professor Havar Məmmədov qonaqları qəbul edib və onlara BMU haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə müasir tələblərə uyğun mühəndislik ixtisasları ilə yanaşı iqtisadiyyat və ingilis dilində pedoqoji ixtisaslar üzrə də mütəxəssis hazırlığı həyata keçirilir. Rektor, universitetlərin inkişaf yolunda beynəlxalq əməkdaşlıq ilə yanaşı yerli ali təhsil müəssisələrinin əməkdaşlığının rolundan da danışıb.

      Milli Aviasiya Akademiyasının Rejim və tərbiyə işləri üzrə prorektoru  Ənvər Həzərxanov  akademik Arif Paşayevin BMU kollektivinə salamını çatdırıb. O, MAA haqqında ətraflı məlumat verərək bildirib ki, akademiyada  akademik Arif Paşayevin rəhbərliyi ilə təhsil, elm və istehsalatın vəhdəti yaradılıb.

         Milli Aviasiya Akademiyasının Tədris işləri üzrə prorektor Ədalət Səmədov MAA ilə  BMU arasında qurulacaq əməkdaşlıq istiqamətindən danışıb. Bu istiqamətlərə hər iki universitet tələbələrinin birgə startap layihələrində iştirakı, əməkdaşların  tədqiqat məqsədilə universitetlərin laboratoriyalarından istifadəsi,  tələbələrin olimpiadalara birgə hazırlığının təşkili, müəllim və tələbə mübadiləsi və s. kimi məsələlər daxildir.

  Görüşün sonunda qonaqlar BMU-nun İKT mərkəzi, mexanika və kimya laboratoriyalarındakı avadanlıqların iş prinsipi ilə tanış olublar.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020