Dünya iqtisadiyyatı kafedrasının tədris-metodik iclası keçirilib Dünya iqtisadiyyatı kafedrasının tədris-metodik iclası keçirilib

, baxılıb - 622 dəfə

  Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı kafedrasının tədris-metodik iclası keçirilib. İclasda çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı dosent Mayis Əzizov gündəliyində duran məsələlərin vacibliyindən danışıb və kafedra müdiri Şəhriyar Muxtarovun təşəbbüsü ilə keçirilən iclası təqdirəlayiq hesab edib.

 Dünya iqtisadiyyatı kafedrasının müdiri i.ü.f.d. Şəhriyar Muxtarov kafedranın tədris etdiyi fənnlərin sillabuslarının hazırlanması zamanı mövzu ardıcıllığının qorunmasına, ixtisas və qeyri-ixtisas qruplarında tədris olunan fənnlərin sillabuslarının fərqli hazırlanmasına xüsusi fikir verilməli olduğunu diqqətə çatdırıb.

  İclasda xüsusilə, Dünya İqtisadiyyatı ixtisasında tədris olunan “Beynəlxalq kommersiya işi”, “Beynəlxalq iqtisadiyyat və siyasəti” və “Dünya iqtisadiyyatı” fənnlərinin sillabuslarının hazırlanması kafedra əməkdaşları ilə müzakirə edilib. Dosent Mayis Əzizov qeyd edilən fənnlərin mövzularının yaxın olmasını nəzərə alaraq, sillabusların hazırlanması zamanı mövzu seçiminə diqqətlə yanaşılmasının vacibliyini vurğulayıb. İclasda həmçinin, dərslərin tədrisi üçün elmi ədəbiyyat kimi nəzəri və praktik məlumatları daha innovativ olan və “BP Azərbaycan”ın sponsorluğu ilə yeni nəşr olunan Mikroiqtisadiyyatın əsasları, Makroiqtisadiyyat və Beynəlxalq iqtisadiyyat kitablarından istifadə olunmağı qərara alınıb.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019