Dünya iqtisadiyyatı ixtisası biz gənclərə nələri öyrədir? Dünya iqtisadiyyatı ixtisası biz gənclərə nələri öyrədir?

, baxılıb - 52 dəfə

“Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, regionlaşma XX əsrin son mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir.”

H.ƏLİYEV

Dünya iqtisadiyyatı, dünya ölkələrinin milli iqtisadiyyatlarını birləşdirən çox səviyyəli qlobal sistemdir. Bu ixtisas dünya ölkələrinin iqtisadiyyatının inkişafını, qlobal iqtisadi problemlərinin həll yollarını və iqtisadi inkişafın üstünlükləri, ziddiyətləri haqqında lazımı biliklər əldə etmək üçün öyrənilir.
Müasir dövrdə dövlətlərarası münasibətlərdə iqtisadiyyat başlıca rola malikdir. Bununla əlaqədar olaraq, dünya ölkələri haqqında iqtisadi biliklərin öyrənilməsi əhəmiyyətlidir. Dünya iqtisadiyyatının müasir problemlərinin öyrənilməsinə böyük ehtiyac vardır. Dünya iqtisadiyyatının mürəkkəb və ziddiyətli inkişaf dinamikası haqqında elmi biliklər əldə etmək çox vacib məsələlərdəndir. Dünya iqtisadiyyatı müəyyən vəzifələrin yerinə yetirilməsini təmin edir, həmçinin tələbələrə dünya ölkələrinin iqtisadiyyatını beynəlxalq iqtisadi əlaqələrlə bir-birinə bağlı olan tam bir sistem kimi nəzəri biliklər əldə etməyə kömək edir. Dünya iqtisadiyyatında istehsalın beynəlmiləlləşməsi, dünyada mövcud olan təbii ehtiyatlar, dünya maliyyə münasibətləri, ABŞ, Rusiya, Çin Xalq Respublikası, inkişaf etmiş sənaye ölkələri, inkişaf etməkdə olan ölkələr, yeni sənaye ölkələri, zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatı əks olunmuşdur. Həmçinin də Azərbaycanın sosial-iqtisadi inkişaf dinamikası, aparıcı iqtisadi sahələrinin xüsusiyyətləri, ölkəmizin dünya təsərrüfatı sisteminə inteqrasiyası, dünya iqtisadiyyatında mövqeyi və gələcək perspektivləri də öz əksini tapmışdır.
Dünya iqtisadiyyatı haqqında daha dolğun məlumatlar əldə etmək üçün Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin Dünya iqtisadiyyatı kafedrasının müəllimi, dosent Həzi Eynalova müraciət etdik. O öz fikirlərini bizimlə bölüşdü:



Ümumiyyətlə, iqtisadiyyat anlayışı məhdud resursları, qeyri-məhdud ehtiyacları qarşılamaq üçün ən səmərəli şəkildə qarşılanmasını öyrənən elm sahəsidir. Dünya iqtisadiyyatı da məhdud olan bu resursları, qeyri-məhdud ehtiyacları qlobal səviyyədə öyrənməklə məşğul olan elm sahəsi və ixtisas kimi formalaşmışdır. Dünya iqtisadiyyatı ixtisası qlobal iqtisadiyyatın tətbiqi və öyrənilməsi ilə məşğul olan bir ixtisas sahəsidir. Uzun illər dünya iqtisadiyyatı deyilən bir ixtisasın mövcud olmaması onu göstərirdi ki,qlobal səviyyədə dünya iqtisadiyyatı həm tətbiq olunmur,həm də öyrənilmirdi. Xüsusilə 60-70-ci illərdən sonra dünyada sürətli qloballaşma prosesi yaşandı. Bu proses müəyyən ölkələrin, regionların iqtisadiyyatının tətbiqi və tədqiqi ilə yanaşı, ümumillikdə dünyada qlobal iqtisadiyyatın öyrənilməsinin zərurətini meydana gətirir. Dünya iqtisadiyyatı, beynəlxalq iqtisadi münasibətlər kimi ixtisasların formalaşmasını həyata keçirir. Əsas prinsip ondan ibarətdir ki, bu gün qloballaşan dünya var və mövcud iqtisadi münasibətlərin tətbiqi və öyrənilməsi üçün belə bir ixtisasın zərurəti var. Dünya iqtisadiyyatı ixtisası bu sahə üzrə kadr yetişdirir və müəyyən tədqiqatlar əldə edir.

ələbələr beynəlxalq iqtisadi münasibətləri vacib sayılan iqtisadiyyatın əsaslarını – mikro, makro iqtisadiyyat dediyimiz ümümi iqtisadi biliklərə yiyələnirlər. Növbəti mərhələdə isə daha perspektiv, yəni dünya iqtisadiyyatının xarakteristikasına uyğun olaraq, beynəlxalq iqtisadi münasibətlər, beynəlxalq maliyyə qurumları, maliyyə qurumlarının əsas xüsusiyyətləri və dünya iqtisadiyyatı fənninin özü də daxildir. Dünya iqtisadiyyatı ixtisasında oxuyan 4-cu və 5-ci kurs tələbələrimiz dərs proqramından praktik dərsləri seçə bilərlər. I və II kurslarda oxuyan tələbələrə əsasən daha çox ümümi iqtisadiyyata istiqamətlənmiş mövzular keçirilir. Bu ixtisasdan məzun olan tələbələrimiz həm iqtisadi biliklərə yiyələnir, həm də qlobal və dünya iqtisadiyyatının mövcud vəziyyətini öyrənirlər.

İqtisadiyyat sahələri içərisində biznesin idarəedilməsi, maliyyə daha perspektivdir. Mövcud ixtisaslar ümümi hissəni kiçik-kiçik öyrəndikləri halda, dünya iqtisadiyyatı bütün olaraq, bunların qarşılıqlı münasibətlərini tək bir ölkənin, tək bir spesifik sahənin deyil, bütün sahələrin məsələn, mühasibatlıq, biznesin idarəedilməsi sahələri ilə bağlı bütün detalları öyrənir. Dünya iqtisadiyyatı isə geniş anlamda qlobal iqtisadiyyatda iqtisadi münasibətləri müəyyən qədər öyrənməyə imkan verən ixtisasdır. Dünya sürətlə qloballaşır və bu gün şirkətlər yavaş-yavaş ölkə miqyasından çıxır və beynəlxalq iqtisadi münasibətlərin bir parçası halına gəlirlər.Məsələn, siz bir şirkətdə çalışdığınız zaman sizin bu şirkətdə vəzifəniz mövcud iş yerini beynəlxalq standartlara çatdırmaq olacaqdır. Dünyada gedən iqtisadi proseslərə aid olan biliklərə dərindən yiyələnmək və bu iqtisadi proseslərin necə inkişaf etdiyini öyrənmək bir mütəxəssis üçün vacib sahədir. Yəni 20-30 il bundan əvvəl olsaydı, məsələn, bu gün transmilli şirkətlər var ki, bu şirkətlərin 10-15 şöbələri var. İri şirkətdir, amma qlobal şirkətdir. Və biz bunlara transmilli şirkətlər deyirik və artiq bu şirkətlər yavaş -yavaş özlərini beynəlxalq arenada, beynəlxalq iqtisadiyyatda göstərir. Və hər bir şirkətin də beynəlxalq iqtisadi münasibəti var. Mal alır, mal satır, yəni bu günlərdə qlobal iqtisadiyyatı bilən, dünyadakı iqtisadı çarxlar necə dönür. Məsələn, dünya iqtisadiyyatından məzun olan hər bir mütəxəssis bilir ki, dünya iqtisadiyyatının ümümi vəziyyəti necədir, hansı qitələrin, hansı ölkələrin iqtisadi xüsusiyyətləri, resursları nələrdir,istehsal etdiyi tələbləri nələrdir, təklifləri nələrdir umumikdə iqtisadi mexanizmanın qlobal iqtisadi dünyada baş verən proseslərlə əlaqədar biliklərə dərindən yiyələnməkdir. Məsələn, uzaq şərqdə, Avropada və Amerikada gedən iqtisadi proseslər və bunların qarşılıqlı münasibətlərini bilirlər və bu gün şübhəsiz hər bir şirkətin əsas məqsədi, xüsusilə ən çox orta və iri şirkətlər can atırlar ki, qlobal iqtisadiyyatın bir parçası halına gəlib və ordan daha çox mənfəət əldə etsinlər.Bu baxımdan da elə hesab etmək olar ki, gələcəkdə ümümi iqtisadiyyatın dünya iqtisadiyyatının incəliklərini bilən mütəxəssislərə daha çox ehtiyac olacaqdır.Spesiflik sahələrdə əhəmiyyətlidir, amma ümümi məsələni görə bilən beynəlxalq iqtisadi münasibətlərin biliklərini yaxından yiyələnən mütəxəssislərə daha çox ehtiyac olacaqdır. Yəni bu ixtisas digərlərindən fəqlənməkdədir və bu ixtisasda özünü yetişdirə biləcək mütəxəssislərə gələcəkdə böyük tələb olacaqdır.
Hər bir abituriyent və valideynini maraqlandıran əsas məsələ məzun olduqdan sonra ola biləcək iş imkanlarıdır..Bu ixtisası bitirən gənclər beynəlxalq iqtisadi münasibətləri olan idxalat, ixracat,xaricdəki bazar imkanlarını axtaran bütün şirkətlərdə, dövlət qurumlarında işləyə bilərlər.Əsas məsələ işləyəcəkləri yerdə daha çox deyil, yiyələnəcəkləri biliklərdir. Xüsusilə dünya iqtisadiyyatı ixtisasında verilən biliklər kadrların çox yaxşı bir şəkildə yetişməsinə, onların gələcəkdə yaxşı iş imkanları tapmasına səbəb olur. Bu biliklər onlara beynəlxalq səviyyədə çalışan dövlət, qeyri-dövlət, xarici şirkətlərdə çalışmaq imkanı verir. Dünya iqtisadiyyatı ixtisasından məzun olan tələbələr ümumiliklə iqtisadiyyatın müxtəlif sahələrində, maliyyə, biznes, bank, mühasibatlıq kimi sahələrdə iş tapmaq imkanına sahibdir. Bu baxımdan dünya iqtisadiyyatı ixtisası xarici ölkədə bu adla olmur. Burda yerli və xaricdəki şirkətlərdə, həmcinin xaricdəki transmilli şirkətlərdə iş tapmaq və çalışmaq imkanı var. Dünyada gedən prosesləri yaxından öyrənmək şansları var.Dünya iqtisadıyyatının incəliklərinə yiyələnə bilmələri üçün bu ixtisası seçən tələbələr bu sahəyə maraq göstərir və yeni biliklər əldə edirlər. Bu gün iqtisadi hadisələr onu göstərir ki, hər bir şirkəti iqtisadi analizlər aparmağa, onları qiymətləndirməyə, onlardan yaxşı nəticələr çıxarmağa sahib olan kadrlar yetişdirməyə ehtiyac vardır. Dünya iqtisadiyyatı ixtisasını bitirən məzunların geniş iş imkanları olduğunu fikirləşə bilərik.
Dünya iqtisadiyyatı ixtisasının tələbələri təcrübəni müəyyən şirkətlərdə keçirlər. Hər bir şirkətin də, xüsusilə iri şirkətlərin idxalatı, ixracatı ilə məşğul olan şöbələr var. Ümumilikdə, bu ixtisasa sahib olan tələbələr müəyyən iqtisadiyyatın da necə işlədiyini bilmələri lazımdlr. Şirkətlərin mexanizminin necə işləndiyini görmək üçün istədiyi şirkətlərdə təcrübə keçə bilərlər. Əsas odur ki, tələbələr özlərini harada görürlər, bəzən bu ixtisasdan başqa sahə içində mütəxəssis olurlar.
Dünya iqtisadiyyatı ixtisasını seçən tələbələr sürətlə dəyişən, formalaşan dünya informasiya göstəricilərini göz önündə tutaraq iqtisadi göstəriciləri analiz edə biləcək, düzgün qərarlar və doğru proqnozlar verə biləcək iqtisadi hadisələrə uyğun qərarlar verə biləcək, araşdırma bacarığına sahib olacaq, müasir dövrün tələblərinə cavab verə biləcək ölçüdə bilik və bacarıqlara yiyələnə biləcəklər. Xüsusilə, müasir dövrdə şirkətlərin tələb etdiyi biliklərə yiyələnmək günümüzdə hər bir kadr üçün vacib məsələlərdən biridir. Dünya iqtisadiyyatı məhz bu bilik və bacarıqların verilməsini təmin edən ixtisasdır. Abituriyentlər bu ixtisaısı seçəndə mütəxəssini tapib məsləhətləşməlidirlər. Özünü harda görmək istəyi barədə qərar verməlidir. Karyerasında dünya iqtisadiyyatı ixtisası mənə nə verəcək məsələsini qabaqcadan araşdırmalıdır. Deməli, dünya iqtisadiyyatı qlobal bir iqtisadiyyatdır və qlobal iqtisadiyyatdakı qarşiliqli münasibəti öyrənir.
Mövzu ilə bağlı universitetin tələbələrindən Elvin Qaffarlı ( Dünya iqtisadiyyatı, IV kurs ) Tural Bədəlov (Dünya iqtisadiyyatı, II kurs) da öz fikirlərini bildirmişlər.

Elvin Qaffarlı:


Dünyada baş verən iqtisadi hadisələrin, iqtisadi problemlərin həllini tapmaq, iqtisadiyyatı necə irəli aparmaq, potensialını nə qədər inkişaf etdirmək və o potensiala necə çatmaq olar? Məncə, bu ixtisas tələbələrə bunu öyrədir və hər bir ölkədə, hər bir iqtisadiyyatla bağlı olan universitetdə olması üçün vacib olan ixtisaslardan biridir. Mən IV kurs tələbəsi olaraq, iqtisadiyyat sahəsini sevən hər kəsin bu ixtisasda oxumasını məsləhət görürəm.
Dünya iqtisadiyyatı ixtisasını ona görə seçmişəm ki, dünyada ölkələr arasında mübarizələr gedir və bu mübarizələr müharibədən daha çox iqtisadi mübarizədir. Bu iqtisadi mübaizədə güclü olan dövlətlərə güclü, zəif olan dövlətlətlər isə nisbətən zəif dövlətlərdir. Mənə görə, hərbi gücdən daha çox iqtisadi güc vacibdir, çünki hamımız bilirik ki, hal-hazırda dünyada çox güclü transmilli korperasiyalar vardır və onlar dünyanın hər bir nöqtəsinə çata bilirlər.Hər bir transmilli korperasiyalar dünya iqtisadiyyatının bir hissəsidir və həmin bu korperasiyalar vasitəsilə ölkələr digər ölkələrə öz gücünü göstərə bilərlər və məndə istəyirəm ki, Azərbaycanda iqtisadiyyatın inkişafında bir rolum olsun və dünya iqtisadiyyatna çıxması üçün fəaliyyət göstərim. Bu ixtisasla bağlı lap məktəb vaxtlarından bir məhsulun qiymətinin necə formalaşdığını heç bilmirdim və bu barədə düşüncəmdə yox idi. Amma bu ixtisasda oxumağa başladıqdan sonra başa düşdüm ki, bir məhsulun qiymətini öyrənmək üçün tələb və təklifin necə olduğunu bilmək lazımdır, bu çox əhəmiyyətli bir hissədir, fikrimcə, tələb və təklif iqtisadiyyatın əsasını təşkil edir. Mən iqtisadiyyat sahəsinin açarlarını dərindən oyrənmək istəyirəm və hədəflərimdən biridə Azərbaycanın İqtisadi İnkişaf Nazirliyində müəyyən bir rola sahib olmaqla yanaşı,Azərbaycanın iqtisadiyyatının inkişafında kiçik də olsa paya sahib olmaq istəyirəm.

Dünya iqtisadiyyatı üzrə dolaylı praktikada olmuşam, buna İslam oyunları və Formula1 yarışmalarını misal göstərə bilərəm. Formula1 və İslam oyunları nə qədər sportiv xarakterli yarışmalar olsalar da müəyyən bir iqtisadi rolda oynayırlar. Məsələn, Formula 1 yarışında çox ciddi iqtisadi gəlirlər əldə edilir və düşünürəm ki, Azərbaycanda bu yarışmanın keçirilməsinin əsas səbəblərindən biri ölkəmizin iqtisadiyyatının inkişaf etdirilməsi istədikləri turizm sahələridir. Bu turizm sahələrini inkişaf etdirmək üçün Formula1 və İslam oyunlarını həyata keçirməklə Azərbaycanı dünyadakı insanlara tanıdır və ölkəmizin necə bir turizm potensialının olduğunu dünyaya göstərirlər. Formula1 və İslam oyunları sayəsində ölkəmiz əvvəlki dövrlərə nisbətən daha çox qonaq qəbul etmişdir və bu da Azərbaycanın nufuzunun, turizmin inkişafının artmasına səbəb olacaqdır. Həmçinin də Azərbaycan çalışır ki, qeyri-neft sahəsi inkişaf etdirilsin. Turizm sahəsi vasitəsilə çox ciddi gəlirlər əldə edəcəyik və bu da iqtisadiyyatın inkişafına gətirib çıxardacaq.
Dünya iqtisadiyyatı ixtisası qlobal xarakterli əhəmiyyət kəsb edir, çünki bunun vasitəsilə dünyaya çıxışı üçün dünya ilə bağlı bir addım atırsan.Məsələn, bu sahələ bağlı biznesin idarə edilməsi dünya iqtisadiyyatına görə dar xarakterlidir, amma dünya iqtisadiyyatı isə daha geniş həcmlidir və tam dərindən öyrənilməsi qeyri-mümkündür. Çünki çox şaxəlidir və Dünya iqtisadiyyatı sahəsi ilə bağlı müəyyən qədər məlumat əldə etmək olar.
Tələbələrin ən yaxşı təcrübə keçəcəkləri yer İqtisadi İnkişaf Nazirliyidir və orda Azərbaycanın iqtisadiyyatı ilə bağlı yaxşı təcrübə keçmək olar. Daha sonra Azərsun holding, MC Donalsın ofisi, Azercell, Bakcell və Ziraat bankında .təcrübə keçmək məqsədə uyğundur.
Abituriyentlər Dünya iqtisadiyyatı sahəsini seçməklə ciddi addım atacaqlar və bunun nəticəsində ölkənin gücünün hardan gəldiyini, gücü müəyyən edən fərdlərdən biri ola bilərlər.Bu güc iqtisadi gücdür və bu ixtisası seçməklə ətrafımızda baş verən iqtisadi fəaliyyətlərdən xəbərləri olacaq həmçinin iqtisadi fəaliyyətlərin necə həyata keçirildiyini biləcəklər. Məncə çox əhəmiyyətlidir, əgər bu sahəni seçəcəksizsə ciddi və dəqiq olunmalıdır. Çünki hansısa kiçik bir səhv böyük, ciddi nəticələrlə bizi qarşı qarşıya qoya bilər. Ona görə fəaliyyət göstərdiyiniz zaman hər hansısa bir hissəni oxuyub çalışarkən çox diqqətli olmaq lazımdır ki,mənfi nəticələrdən olmasın.

Tural Bədəlov:
Dünyada baş verən proseslərə daha böyük prizmada baxırsan və ölkələrin iqtisadiyyatını, əhalinin iqtisadi davranışlarını, problemlərini öyrənən və ən uyğun iqtisadi modeli seçməyə kömək edən bir ixtisasdır. Aydın dillə desək, iqtisadiyyata bir yox, bir neçə ölkənin(xüsusən inkişaf etmiş və etməmiş olaraq ayıraraq) timsalında yanaşmaq. 21-ci əsrdə dünya getdikcə qloballaşır, inteqrasiya edir, ölkələr arasında yeni təşkilatlar yaranır, əməkdaşlıq müqavilələri imzalanır deyə bugünkü dövrdə bu ixtisasın önəmi daha da artır.
Ümumiyyətcə iqtisadiyyat elmi tərifində olduğu kimi insana olaylara, əlində olur resurslara, ehtiyaclarına bir neçə cür aspektdən yanaşmasın öyrədir. Bu yanaşmalar daha çox rasional olmalıdır. Amma burda Dünya İqtisadiyyatı dedikdə ancaq bir şəxsin faydalılığını maksimuma çatdırmaq deyil də, həm də cəmiyyətin, ölkənin, hətta dünyanın faydalılıq əmsalını daha da yüksəyə qaldırmaq nəzərdə tutulur.
Mənə görə iqtisadiyyat fundamental bir elmdir. Yəni sən burda iqtisadiyyatın müxtəlif sahələrlə, peşə və elmlərlə əlaqədə olduğunu görüsən. Bu gün iqtsadiyyat sosiologiya, psixologiya, fəlsəfə, riyaziyyat, maliyyə, mühasibatlıq, biznes və.s ilə qarşılıqlı əlaqədədir. Burada iki faktor var ki, iqtisadi nəzəriyyələrin, qərarların formalaşmasına digər sahələr təsir etdiyi kimi və əksi olaraq da baş verir ki, iqtisadi nəzəriyyələr sənə biznes mühitində işinə təsir edir. Ona görə düşünürəm ki, bu ixtisas insanı çoxşaxəli etdiyi üçün geniş iş imkanları təqdi edir və sən gərək bu imkanlardan ən azı birini daha yaxşı qiymətləndirib, mütəxəssis olmağa çalışasan.
Mənim fikrimcə, Dünya iqtisadiyyatı ixtisası perspektivli sahələrdən biridir.Bu ixtisasda oxuyan tələbələr bu sahəni davam etdirsələr, öz üzərlərində işləsələr, özlərini inkişaf etdirsələr gələcəkdə ən yaxşı mütəxəssislərdən biri olacaqlar. Yazımı Ümummilli lider Heydər Əliyevin sözləri ilə bitirmək istəyirəm: ”Dünya iqtisadiyyatının inteqrasiyası, iqtisadi sahələrdə ölkələri bir-biri ilə əməkdaşlığı hər bir dövlət üçün mənfəətlidir və ümümiyyətlə, dünyada daha da yüksəlmək üçün bu yeganə bir yoldur”.
NİGAR SƏLİMOVA

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017