Tələbələr arasında "Talent For Poetry " adlı müsabiqə keçirilib Tələbələr arasında "Talent For Poetry " adlı müsabiqə keçirilib

, baxılıb - 789 dəfə

  Bakı Mühəndislik Universiteti Tərcümə və İngilis dili kafedrasının üçüncü kurs tələbələri arasında Talent For Poetry adlı şeir yarışması keçirilmişdir. Tədbirdə kafedra müdiri Natiq Adilov və digər kafedra əməkdaşları iştirak etmişdir. Bu şeir yarışmasında əvvəlcə sinif daxilində, sonra isə iki paralel sinif arasında İngilis ədəbiyyatında Romantik dövr fənnindən eyni adlı dövr şairlərinin şeirləri səsləndirildi. Hər iki qrupdan seçilmiş 12 tələbə arasında Final yarışması oldu. Jurilərin səsverməsi ilə 1-ci, 2-ci, 3-cü və həvəsləndirici yer müəyyənləşdi. Birinci yerin qalibi Şəbnəm Mustafayevaya kafedra adından sertifikat təqdim olundu.  

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020