Challenge Turkey and Caucasus Cluster Final 2018 yarışının birincisi BMU tələbəsi olub Challenge Turkey and Caucasus Cluster Final 2018 yarışının birincisi BMU tələbəsi olub

, baxılıb - 406 dəfə

    Universitetimizin Maliyyə (ing) ixtisasının 3-cü kurs tələbəsi Qəzənfər Kərimlinin üzv olduğu komanda P&G CEO Challenge Cluster Final 2018 yarışmasının qalibi olub.CEO Challenge artıq 5-ci ildir ki, Procter & Gamble şirkəti tərəfindən keçirilir. Bu yarışmada şirkətin müxtəlif brendləri haqqında biznes caselər təqdim edilir. Yarışmanın ilkin mərhələsində iştirakçılara onlayn testləri cavablandırmaq tapşırılmışdı. Burada uğurlu olan iştirakçılar 2-ci mərhələdə verilmiş mini caseni 75 dəqiqə ərzində həll etməli idilər. 2-ci mərhələni də uğurla bitirən 3-ü Azərbaycandan olmaqla toplam 15 iştirakçı İstanbulda keçirilən final mərhələsinə dəvət olundular. 23-24 yanvar tarixində keçirilən final mərhələsində iştirakçılar təşkilatçılar tərəfindən qruplara ayrılmış və onlara Head & Shoulders brendi haqqında biznes caseni həll etmək üçün 3 saat vaxt verilmişdir. Komandalar öz həllərini 10 dəqiqə ərzində P&G Türkiyə ofisinin rəhbərləri qarşısında təqdim etmiş və onların suallarını cavablandırmışdır. 5 komandanın iştirak etdiyi final mərhələsində Bakı Mühəndislik Universitetindən Qəzənfər Kərimli, Boğaziçi Universitetindən Ilgın Ulusoy və Orta Doğu Teknik Universitetindən Buse Günverin üzv olduğu komanda qalib olmuşdur. 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018