Ceyhun Bayramov: "Yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə olunması ali məktəbin yüksək potensialını göstərir" Ceyhun Bayramov: "Yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə olunması ali məktəbin yüksək potensialını göstərir"

, baxılıb - 317 dəfə

Bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının Bakı Mühəndislik Universitetinə (BMU) həvalə olunması bu ali məktəbin potensialının yüksək qiymətləndirilməsinin nəticəsidir.

Trend-in məlumatına görə, bunu Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının ilk iclasında çıxış edən təhsil nazirinin müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov deyib.

C.Bayramov qeyd edib ki, Himayəçilər Şurasının əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, birgə səylər həyata keçirmək, eyni zamanda büdcə komitəsinin formalaşdırılması, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasıdır.

Himayəçilər Şurasının sədri universitetin öz fəaliyyətində dünyada gedən prosesləri nəzərə almalı olduğunu, xarici universitetlərlə işbirliyi qurmasının, xüsusilə də ikili diplom layihələrində iştirakının vacibliyindən danışıb.

C.Bayramov BMU-nun tələbələrinin təcrübəsinin təşkilində innovasiya sahəsində fərqlənən şirkətlərin imkanlarından istifadəni, müəllimlərin yeni inkişafyönlü layihələrdə iştirakını və nəticədə təlimin keyfiyyətinin yüksəldilməsinə dəstək verilməsini Himayəçilər Şurasının əsas fəaliyyət istiqamətləri olduğunu diqqətə çatdırıb.

 
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017