Cümhuriyyətimizin 100 illiyi münasibətilə tədbir keçirilmişdir Cümhuriyyətimizin 100 illiyi münasibətilə tədbir keçirilmişdir

, baxılıb - 281 dəfə

 

    5 may tarixində Bakı Ali Neft Məktəbinin və Bakı Mühəndislik Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilati dəstəyi, Bakı Ali Neft Məktəbinin İntellektual Oyunlar Klubu və Bakı Mühəndislik Universitetinin Prometey İntellektual Klubunun təşkilatçılığı ilə ölkəmizin universitetləri arasında "Nə? Harada? Nə zaman?" intellektual oyununun idman versiyası üzrə "Cümhuriyyət" kuboku baş tutmuşdur.

Cümhuriyyətimizin 100 illiyi münasibətilə keçirilən yarışın seçim mərhələsi 14 Aprel tarixində 11 müxtəlif universitetdə, 80-dən artıq komandanın və 500-ə yaxın iştirakçının qatılımı ilə gerçəkləşdirilmişdir.

Seçim turundan əsas mərhələyə 13 universitetdən 28 komanda addımlamış və komandalar əsas mərhələyə Bakı Ali Neft Məktəbinin yeni kampusunda qoşulmuşdurlar.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və Bakı Mühəndislik Universitetinin nümayəndəsi Həzi Qasımovun açılışını etdikləri əsas mərhələdə oxunan 60 sualdan sonra xallarda bərabərlik olması səbəbilə qalibin adına aydınlıq gəlməmiş, yalnız əlavə suallardan sonra ilk 3 yer müəyyən edilmişdir.

  Yarışda ilk üç yeri müvafiq olaraq Bakı Mühəndislik Universitetinin "Anti-tərs" komandası, Azərbaycan Dövlət İqtisad Universitetinin "Generalissimus" komandası və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "Bakı Mühəndiss" komandası əldə etmişdir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020