Bu ali təhsil ocağının tələbələri Moskvada 3-cü yeri tutdu Bu ali təhsil ocağının tələbələri Moskvada 3-cü yeri tutdu

, baxılıb - 85 dəfə
Bakı Mühəndislik Universiteti tələbələrinin iştirak etdiyi “CFA Research Challenge” müsabiqəsinin Moskva lokal turuna Martın 1-də yekun vuruldu.
 
2002-ci ildən etibarən təşkil olunan yarış, hər il komanda şəklində 75-dən çox ölkədə 1000-dən artıq universitetin və 10 minlərlə tələbənin iştirakı ilə, tələbələrin maliyyə analizi bacarıqlarının inkişaf etdirilməsi və nümayişi üçün keçirilir.  Yarışma ardıcıl olaraq 3 səviyyədə - CFA İnstitutuna üzv olan yerli cəmiyyətlərin təşkilatçılığı ilə lokal, CFA İnstitutunun bilavasitə ev sahibliyi ilə regional və qlobal səviyyədə keçirilir. Yarışmada iştirakçılardan hər hansı bir yerli (lokal) şirkətin dolğun maliyyə analizini aparmaq və analizin nəticələrinə uyğun hesabat və təqdimat hazırlamaq tələb olunur.
 
“CFA Association Russia” cəmiyyətinin həyata keçirdiyi Rusiya, Azərbaycan və Belarusiya universitetlərinin iştirakrı ilə keçirilən turnirdə iştirak edən komandamız “Detsky Mir” şirkətinin maliyyə analizi və CFA standartlarına uyğun hesabatını hazırlamış və lokal turnirin final mərhələsinə qədər irəliləyən 6 komandadan biri olmuşdur. Komandamız 1 mart 2018-ci il tarixində keçirilən finalda uğurla çıxış etmiş və üçüncü yeri tutmuşdur. Birinci yeri eyni balla iki universitet – Moskva Dövlət Universiteti (Московский Государственный Университет) və Rusiya İqtisad Məktəbi (Российская Экономическая Школа), ikinci yeri isə Ali İqtisad Məktəbi (Высшая Школа Экономики) tutmuşdur.
Bakı Mühəndislik Universitetinin CFA komandasının üzvləri aşağıdakı tələbələrdən ibarətdir:
 
•Cavid Qədirov – Maliyyə ixtisası 4-cü kurs
•Tofiq Cəbiyev – Maliyyə ixtisası 4-cü kurs
•Xəyalə Babayeva – Dünya İqtisadiyyatı ixtisası 4-cü kurs
•Aslan Aslanbəyli – Maliyyə ixtisası 4-cü kurs
•Ülvi Muradzadə – Dünya İqtisadiyyatı ixtisası 4-cü kurs
•Dr. Füzuli Əliyev – Akademik məsləhətçi (BMU Maliyyə kafedrasının müdiri)
•Elnur Babayev, CFA – Sahə üzrə məsləhətçi (PwC, Baş məsləhətçi)
 
Ölkədə maliyyə analizi sahəsinin inkişafı üçün ixtisaslı kadrların sayının artmasına ehtiyac duyulur və bu ehtiyacı ödəmək üçün bu sahəyə maraqlı tələbələrin praktiki bacarıqlara yiyələnməsi zəruridir. Bakı Mühəndislik Universiteti bu istiqamətdə addımlar atmaqla gələcəkdə bu tipli müsabiqələrin biləvasitə CFA İnstitutuna üzv cəmiyyət kimi ölkə səviyyəsində təşkil etməsi qarşıda duran əsas məsələlərdəndir.
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018