British Council BMU ilə birgə layihələr həyata keçirəcək British Council BMU ilə birgə layihələr həyata keçirəcək

, baxılıb - 16 dəfə

 

British Council BMU ilə birgə layihələr həyata keçirəcək


 British Councilin Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia və nümayəndəliyin əməkdaşları Bakı Mühəndislik Universitetndə olub. 

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, universitetin rektoru professor Havar Məmmədov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Bildirib ki gənc universitet olan Bakı Mühəndislik Universitetində müasir mühəndislik ixtisasları ilə yanaşı iqtisadiyyat və texniki fənnlər üzrə müəllimlik ixtisaslar üzrə kadr hazırlığıhəyata keçirilir. İxtisasların əksəriyyətində ingilis dilində tədris aparılır. Universitetin müasir maddi- texniki bazası və texnoparkı movcuddur. BMU gənc universitet olsada beynəlxalq əlaqələri, beynəlxalq layihə və müsabiqələrdə iştirakı yüksək səviyyədədir. Sizin qurumla da uğurlu layihələr həyata keçirmişik və yeni layihələrinizdə iştirak etməyə də hazırıq. Çünki BMU-nu sahibkar universitetə çevirmək istəyirik. Bunun üçün də beynəlxalq və startap layihələrdə iştirak etmək vacibdir.

British Councilin Azərbaycan nümayəndəliyinin rəhbəri Summer Xia səmimi qəbula görə təşəkkür edərək, BMU haqqında yüksək fikirdə olduğunu qeyd edib. 25 ildir Azərbaycanda fəaliyyət göstərən British Councilun fəaliyyəti və həyata keçirəcəyi layihələr barədə geniş məlumat verib.

Görüşdə Böyük Britaniya universitetləri ilə əməkdaşlıq, ikili diplom, birgə startap və digər istiqamətlərdə layihələr təşkil etmək, universitetin ingilis dili və ingilis dilli ixtisaslarda tədris aparan müəllimlərinin dil səviyyələrinin ölçülməsi məqsədilə diaqnostiq imtahanların keçirilməsi və gələcəkdə tələbələr üçün intensiv ingilis dili kurslarının təşkili kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlarla xatirə şəkli çəkdirilib və onlara hədiyyə təqdim edilib.
 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018