BP-Azərbaycan şirkətinin dəstəyi ilə  “Mikroiqtisadiyyatın əsasları” kitabı nəşr edilib BP-Azərbaycan şirkətinin dəstəyi ilə “Mikroiqtisadiyyatın əsasları” kitabı nəşr edilib

, baxılıb - 1088 dəfə

   BP-Azərbaycan şirkəti ölkəmizdə təhsilin inkişafına göstərdiyi dəstək çərçivəsində dünyada geniş yayılmış üç kitabın Azərbaycan dilinə tərcümə edilmiş nəşrlərini təqdim edib. Kitablar dünyanın aparıcı universitetlərində geniş istifadə edilir və bir çox dillərə tərcümə edilmişdir. Bu kitablar universitetlərin iqtisadiyyat fakültələrindəki tələbə və müəllimlərin, habelə iqtisadi nəzəriyyə, siyasət və tədqiqat üzrə ixtisaslaşan daha geniş auditoriyanın istifadə etməsi məqsədilə ilk dəfədir Azərbaycan dilinə tərcümə edilib.

   “Mikroiqtisadiyyatın əsasları” kitabının tərcüməsini Bakı Mühəndislik Universitetinin müəllimləri həyata keçirib. Kitab Maliyyə kafedrasının müəllimi i.ü.f.d. Füzuli Əliyev, İqtisadiyyat kafedrasının müəllimləri i.ü.f.d. Fərid Cəbiyev və i.ü.f.d. Şəhriyar Muxtarov tərəfindən tərcümə edilib. Tərcümənin elmi redaktorları İqtisadiyyat fakültəsinin dekanı dos. Mayis Əzizov, İlkin Qasımov və i.ü.f.d. Yaşar Etibarlıdır. Tərcümənin ədəbi redaktoru Pedaqoji fakültəsinin Tədris işləri üzrə dekan müavini dos. Niyaməddin Haşımov və dizayneri İlham Əliyevdir.

    Kitabların təqdimat mərasimində çıxış edən BP-nin xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP, Azərbaycana beynəlxalq bilik və təcrübənin ötürülməsinə yardım edən fəaliyyətlərə dəstək verməkdən qürur duyur. Bu təşəbbüs BP-nin Azərbaycandakı sponsorluq siyasətinin prioritet sahələrindən biri olan təhsilə göstərdiyimiz dəstək çərçivəsində həyata keçirilib. Azərbaycan dilində nəşr edilməsi üçün seçdiyimiz bu kitablar dünyanın aparıcı universitetlərində geniş istifadə edilir və bu da, bizim iqtisadiyyat sahəsində tədris edən və təhsil alan hər bir kəsə töhfəmizdir. Faktiki olaraq bu kitabları tərcümə etməklə biz, iqtisadiyyat fakültəsində təhsil alan tələbələrə və müəllimlərə dünyanın bilik xəzinəsindən birbaşa faydalanmaq imkanı yaratmışıq. Biz Azərbaycana təhsil sahəsində ən qabaqcıl beynəlxalq bilikləri, nailiyyətləri və təcrübəni gətirmək məqsədilə yerli universitetlərə dəstək verən bu təşəbbüsün davam edəcəyinə ümid edirik.”

   Qeyd edək ki, BP-nin yerli universitetlərə hədiyyəsi olan bu kitabları kitabxanalardan və əlaqədar təhsil müəssisələrindən əldə etmək mümkün olacaq.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020