Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Fikir startap müsabiqəsinin finalcisi Reyhan və Zəhranı qəbul edib Birinci vitse-prezident Mehriban Əliyeva Yeni Fikir startap müsabiqəsinin finalcisi Reyhan və Zəhranı qəbul edib

, baxılıb - 115 dəfə

 

   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva gənc azərbaycanlı ixtiraçılar , “Qlobal Sahibkarlıq Sammiti 2017”də geniş marağa səbəb olaraq dünyada şöhrət qazanmış Reynerci (Rainergy) startapının təsisçiləri Reyhan Camalova və Zəhra Qasımzadə ilə görüşüb.

Görüş zamanı 15 yaşlı ixtiraçılar Birinci vitse-prezidenti Mehriban Əliyeva qəbul üçün təşəkkür edərək öz layihələri və gələcək planları barədə geniş məlumat veriblər.

   Birinci vitse-prezident Mehriban Əliyeva bildirdi ki, Azərbaycanda bu cür gənc istedadların olması onu hədsiz dərəcədə ruhlandırır və sevindirir. Dövlət tərəfindən onların layihəsinə lazımi dəstəyin göstəriləcəyini, ümumiyyətlə, gənc istedadlara və kiçik startaplara daim diqqət yetiriləcəyini qeyd edib.

  Qeyd edək ki, Rainergy startap layihəsi Bakı Mühəndislik Universitetinin  həyata keçirdiyi "Yeni Fikir" 2017 startap müsabiqəsində 148 layihə arasında finala vəsiqə qazana bilmiş 11 ən uğurlu startapdan biri olmuşdur. Rainergy komandası finalda uğurlu nəticə göstərmisdir. Reynerci yağış sularını elektrik enerjisinə çevirən qurğudur.Onların icad etdikləri bu qurğu gələcəkdə alternativ enerji mənbələrinin inkişafında geniş imkanlar aça bilər.

   Məlumat üçün bildiririk ki, Bakı Mühəndislik Universiteti tərəfindən "Yeni Fikir" 2018 startap müsabiqəsi yaxın günlərdə elan ediləcək.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018