Beynəlxalq təhsil sərgisinin açılışı oldu Beynəlxalq təhsil sərgisinin açılışı oldu

, baxılıb - 243 dəfə

 Oktyabrın 11-də Bakı Ekspo Mərkəzində 12-ci Azərbaycan Beynəlxalq Təhsil “Education 2018” sərgisi keçirilir. Sərgi Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə keçirilir. Açılış mərasimində Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Təhsil Naziri Ceyhun Bayramov, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak ediblər. Mərasimdə çıxış edən Təhsil Naziri Ceyhun Bayramov bildirib ki, “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən sərgi dünyanın 12 ölkəsindən 130-dan çox iştirakçını bir araya gətirib. Təhsil Nazirliyinin son illərdə təhsilin inkişafı sahəsində həyata keçirdiyi islahatların ayrı-ayrı pavilyonlarda əksini tapdığını vurğulayan nazir sərginin ziyarətçilər üçün faydalı olacağını deyib. Ceyhun Bayramov qeyd edib ki, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın imzalanmasından ötən 5 il ərzində təhsilin müxtəlif pillələrini əhatə edən istiqamətlər üzrə mühüm dövlət sənədləri qəbul edilib və layihələr həyata keçirilib. Qeyd edək ki, bu il sərgi çərçivəsində Azərbaycan və xarici ölkələr öz universitet, məktəb, kollec, təhsil mərkəzləri və kurslarını təqdim ediblər. Dünyanın 12 ölkəsindən 130 iştirakçını bir araya gətirən sərgidə Bakı Mühəndislik Universiteti (BMU) “Öyrən, kəşf et, paylaş” devizi altında öz stendi ilə təmsil olunub. Sərgidə iştirak edən Təhsil Naziri Ceyhun Bayramov Bakı Mühəndislik Universitetinin stendi ilə tanış olub. Universitetin rektoru professor Havar Məmmədov Ceyhun Bayramova universitetin fəaliyyəti haqqında məlumat verib və sərgidə nümayiş olunan layihələri təqdim edib. Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin stendində tələbələr tərəfindən hazırlanmış startup layihələri, ebru üsulu ilə rəsm hazırlanması, kimya laboratoriyasında hazırlanan məhsullar, universitetin fəaliyyətini, xarici əlaqələrini, iş dünyası ilə əməkdaşlığını əks etdirən vasitələr və video çarxlar təqdim olunub.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018