Beynəlxalq ekspert BMU-nin tələbələri qarşısında mühazirə oxuyub Beynəlxalq ekspert BMU-nin tələbələri qarşısında mühazirə oxuyub

, baxılıb - 339 dəfə

 

    Valid Madhoun iş dünyası, hökumətlər, ikitərəfli və çoxtərəfli maliyyə qurumları ilə işləyən 30-dan çox ölkədə təcrübəsi olan bir şəxsdir. O, liderlik və idarəetmə üzrə mütəxəssis, müxtəlif sektorlarda layihə və institusional fəaliyyətin ölçülməsi və idarə olunması üzrə mütəxəssisdir. Misir, Botsvana, Vyetnam, Uqanda və Küveyt universitetlərinin dizayn və inkişafında aparıcı rol oynayıb. Kanadanın Universitetləri və Kollecləri Assosiasiyasında Kanada universitetlərinin bütün qruplarını təmsil edir. 

Valid Madhoun “ Fənnlərarası yanaşma bir konsepsiya kimi və dizayn təfəkkürü bu konsepsiyanın tətbiqi metodu kimi ”  adlı məruzəsində  müasir dövrdə iş dünyasının dəyişikliklərə məruz qaldığını gətirən qloballaşma və inkişaf etməkdə olan mühitdə işləmək və uğur qazanmaq üçün müxtəlif  yanaşmalardan danışıb. Fənnlər arası yanaşmaya misal olaraq göstərib ki, Əl-Xarəzmidə  riyaziyyat, astronomiya və coğrafiya üstünlük təşkil edirdi.Amma  Omar Xəyyam şeirləri ilə tanınsada riyaziyyatçı, ixtiraçı və astronom idi. Burada biz müxtəlif fənlər üzrə biliklərə malik olmağı görürük.

 

    Məruzəçi qeyd edib ki,  fənlərarası yanaşma tətbiq üsulunun məqsədi  bilik sahəsini genişləndirməkdir.  Özünüzü bir sənətçi kimi xəyal edin, amma mühəndis kimi planlaşdırın, çünki istifadəçi psixologiyası anlayışı olmadan, emosional zəka olmadan, mövcud hadisələrin məlumatları olmadan mühəndis olmaq kifayət deyil. Eyni şəkildə təbiətin riyaziyyatını qiymətləndirmədən sənətçi də ola bilməzsiniz.

Valid Madhoun məruzədən sonra iştirakçıların sualları cavablandırıb.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020