Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub Bakı Mühəndislik Universitetinin tələbələri Beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub

, baxılıb - 1619 dəfə

Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsi 22-30 mart tarixlərində Hindistanın Amritapuri vilayətində Amrita School of Engineering bazasında keçirildi. Beynəlxalq təlim və müsabiqə  “Harbour Space University”, “Amrita School of Engineering”, “Codeforces” və “Moscow Workshops ACM-ICPC”-nin birgə təşkilatçılığı ilə keçirilib.

Təlimlər çərçivəsində keçirilən müsabiqələrdə Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandası ən yaxşı nəticə (7 müsabiqədə - 2 deəfə ikinci, 5 dəfə birinci yer olmaqla) göstərərək, yekun nəticəyə görə, “Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma müsabiqəsinin qalibi olub və qızıl medala layiq görülüb.

Rusiyanın bu sahədə tanınmış mütəxəssisləri tərəfindən keçirilən beynəlxalq təlimlər ACM-ICPC Beynəlxalq Proqramlaşdırma müsabiqələrinə hazırlıq məqsədi daşıyır.
Təliml və müsabiqələrdə 8 ölkənin (Hindistan, Azərbaycan, İordaniya, Litva, Oman, Rusiya, Sinqapur, Yaponiya) 28 ali təhsil müəssisəsi, 3 kollec və 3 şirkətdən 39 komanda iştirak edib.

Hello India x Russia Programming Bootcamp ACM-ICPC 2018” beynəlxalq proqramlaşdırma təlimləri və müsabiqəsində Azərbaycandan Bakı Mühəndislik Universitetinin “Kompüter və İnformasiya Texnologiyaları” kafedrasının baş müəllimi Etibar Seyidzadənin rəhbərliyi ilə “BEU Programmers” komandası (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov) iştirak edib.

Qeyd edək ki, Bakı Mühəndislik Universitetinin “BEU Programmers” komandasının proqramda iştirakının bütün xərcləri Azərbaycanın yerli şirkətləri olan “AzEduNet”, “Təhsildə İnnovativ Texnologiyalar”, “Edumedia Azərbaycan”, “Ultra Technologies”, və “ENGINET” tərəfindən sponsorluq dəstəyi ilə təmin edilib.

 

 

http://in.harbour.space/icpc/acm-icpc-hello-india-bootcamp-spring-2018/

BEU ACM & IOI Training Center
BEU ACM Student Chapter
Azerbaijan ACM Chapter
NAPCAR

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020