BMU-da seminar keçirilib BMU-da seminar keçirilib

, baxılıb - 942 dəfə

     Bakı Mühəndislik Universiteti tələbələrinin yüksək ixtisaslı kadr kimi yetişməsi üçün özəl müəssisələrlə əlaqələrini genişləndirir. Mütəmadi olaraq tələbələrin şirkətlərə ekskursiyası və universitetdə şirkət nümayəndələrinin təqdimatında seminarlar təşkil edilir. 

   Bu gün də universitetdə “İmza Qrup”un nümayəndələri tərəfindən “Maliyyə və mühasibat uçotu sahəsində inkişaf imkanları" adlı seminar keçirilib. Bakı Mühəndislik Universitetinin prorektoru Yavər Məmmədov şirkət nümayəndələrinə universitet haqqında ətraflı məlumat verib. Bildirib ki, Bakı Mühəndislik Universitetində tələbə və məzunlarının karyeralarının inkişaf etdirmələrində və ixtisalarına uyğun iş tapmalarında köməklik göstərilir. Həmçinin, məzunlarla universitet arasında olan əlaqələri qoruyub saxlamaq və inkişaf etdirmək üçün mütəmadi olaraq görüşlər keçirilir. Qeyd edək ki, seminar "İmza Qrup"un "100 uğurlu imza layihəsi” çərçivəsində keçirilir.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020