Bakıda Sahibkarlıq Zirvəsi keçirildi Bakıda Sahibkarlıq Zirvəsi keçirildi

, baxılıb - 166 dəfə

    Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən bir qrup təşəbbüskar gəncin təşəbbüsü və təşkilatçılığı ilə, iyun ayının 24-də STEP İT Akademiyada, Sahibkarlıq Zirvəsi keçirildi. Zirvə 4 paneldən (hər panel 1,5 saat olmaqla) ibarət idi. “İdeyadan biznesə, "Azərbaycanda və regionda sahibkarlıq fürsətləri", "Startap və investisiya imkanları" və “Satış və e-ticarət” mövzusunda panellərdən ibarət olan Sahibkarlıq Zirvəsində Azərbaycanda və regionda öz biznesini quraraq uğur qaznmış 15-dən çox sahibkar-mütəxəssis iştirak etdi. Öz biznesini qurmaq istəyən, eləcə də mövcud sahibkarlıq fəaliyyətini gücləndimək istəyən təqribən 150 nəfərin iştirak etdiyi Sahibkarlıq Zirvəsi yüksək maraqla qarşılandı. Belə ki, panel müzakirələrlə yanaşı, panelistlərlə iştirakçıların fərdi və ya qrup halında müzakirələri gün ərzində də  davam etdi.

    Sahibkarlıq Zirvəsində işgüzar şəbəkələşmənin (networking) gücləndirilməsi üçün 4 paneldən əlavə 2 dəfə çay-kofe vaxtı, bir dəfə isə yemək fasiləsi ayrılmışdı ki, bu zaman da iştirakçılar öz aralarında və panelistlərlə geniş və maraqlı müzakirələr apara bildilər.

    STEP İT Akademiya, NextStep İnnovasiyalar Mərkəzi, "Marja"-Biznes və Maliyyə Xəbərləri Agentliyi, “EDUMAP” Təhsil Poratlı, “Vitam” reklam şirkəti, Coca Cola şirkəti, “Logix” və digər şirkətin tərəfdaşlığı ilə keçirilən Sahibkarlıq Zirvəsinin məqsədi gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, onlar arasında işgüzar şəbəkələşməni gücləndirmək və bazardakı real imkan və nəticələrlə birbaşa tanış etmək olub.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018