Bakıda Sahibkarlıq Zirvəsi keçiriləcək Bakıda Sahibkarlıq Zirvəsi keçiriləcək

, baxılıb - 173 dəfə

Bakı Mühəndislik Universiteti Texnoparkında fəaliyyət göstərən bir qrup təşəbbüskar gəncin təşəbbüsü və təşkilatçılığı ilə Bakıda Sahibkarlıq Zirvəsi keçiriləcək. İyun ayının 24-də STEP İT Akademiyada keçiriləcək Zirvə 4 paneldən ibarətdir. “İdeyadan biznesə, "Azərbaycanda və regionda sahibkarlıq fürsətləri", "Startap və investisiya imkanları" və “Satış və e-ticarət” mövzusunda panellərdən ibarət olan Sahibkarlıq Zirvəsində Azərbaycanda və regionda öz biznesini quraraq uğur qaznmış 15-dən çox mütəxəssisin təqdimatı və ya müzakirələri olacaq.

Müxtəlif təşkilatların, o cümlədən NextStep İnnovasiyalar Mərkəzi, "Marja"-Biznes və Maliyyə Xəbərləri Agentliyi, “EDUMAP” Təhsil Poratlı, “Vitam” reklam şirkəti, Coca Cola şirkəti“Logix” şirkətinin dəstək verdiyi Sahibkarlıq Zirvəsinin keçirilməsində məqsəd tələbə və gəncləri sahibkarlıq fəaliyyətinə təşviq etmək, onlar arasında işgüzar şəbəkələşməni gücləndirmək və bazardakı real imkan və nəticələrlə birbaşa tanış etməkdir.

Sahibkarlıq Zirvəsində iştirak etmək istəyənlər, təşkilatçılara müraciət edərək, bilet əldə etməldirlər. (Əlaqə: sahibkarligzirvesi@gmail.com )

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018