Bakı mühəndislik Univeristetində Erasmus+ Mübadilə Proqramı ilə əlaqədar təqdimat keçirilib Bakı mühəndislik Univeristetində Erasmus+ Mübadilə Proqramı ilə əlaqədar təqdimat keçirilib

, baxılıb - 624 dəfə

Erasmus+ mübadilə proqramı - təqdimat seminarı

24 oktayabr tarixində Bakı mühəndislik Univeristetinin Akt zalında  Erasmus+ Mübadilə Proqramı ilə əlaqədar təqdimat keçirildi. Tədbiri giriş sözü ilə açan Xarici Əlaqələr və Layihələrin idarə olunması şöbəsinin müdiri Sevil İmanova mübadilə proqramlarından və tələbələrin qloballaşan dünyada belə proqramlara olan marağının əhəmiyyətindən danışdı.

 

Unievristet yarandığı gündən mübadiləyə əhəmiyyət verir və elə ilk semestrdə Erasmus+ proqramı çərçivəsində 11 tələbə mübadilə iştirakçısı olmuşdur.  Hazırda Bakı Mühəndislik Univeristeti proqramı çərçivəsində L’Aquila Universiteti, Sapienza Roma Universiteti, Babeş-Bolyai Universiteti, Braqanza Politexnik İnstitutu, Lyublyana Universiteti, Stefan cel Mare University of Sucaeva, Riga Technical University  və Hacettepe Üniversitesi ilə əməkdaşlıq edir.

“Erasmus+” proqramının fəaliyyət istiqamətləri, layihənin mümkün perspektivləri və tələbələrin proqram çərçivəsində əldə edə biləcəyi imkanlar barədə ətraflı məlumat verən natiq, həmçinin layihənin əlaqələrin yaradılması və gələcəkdə müxtəlif birgə layihələrin həyata keçirilməsi üçün əhəmiyyətindən danışdı.

Onu da qeyd eək ki, tələbələrin bu növ proqramlara olan marağı onların elmə və təhsilə olan həvəsinin bariz göstəricisdir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020