Bakı Mühəndislik universiteti məzunlarını işlə təmin edir Bakı Mühəndislik universiteti məzunlarını işlə təmin edir

, baxılıb - 1253 dəfə

Universitetimiz Veysəloğlu Şirkətlər Qrupu ilə Əməkdaşlıq Protokolu imzalamışdır. Bu əməkdaşlığın nəticəsində Veyseloğlu Şirkətlər Qrupu Universitetimizin tələbə və məzunlarına karyera seçimində köməklik göstərmək məqsədi ilə onlara təcrübə və iş imkanları yaradır. Bunlardan biridə VİA (Veysəloğlu İlk Addım) layihəsidir. Bu layihədə məqsəd universitetin, müvafiq fakultələrini yeni bitirmiş məzunlarını işlə təmin etmək, şirkətlər qrupunun bir sıra departamentlərinə mütəxəssis yetişdirməkdir. VİA layihəsində 70-ə yaxın son kurs, məzun və magistr tələbələri iştirak etmişdir. VİA 1-ci turdan seçilmiş məzunlarımız üçün Veysəloğlu Şirkətlər Qurupun beş ay müddətinədə aşağıdakı təlimləri verəcək:

  • Ümumi idarəetmə,
  • Maliyyənin idarə edilməsi,
  • İR idarəetməsi,
  • Logistika,
  • Hüquq,
  • Emosional Entellekt,
  • Müştəri Məmnuniyyəti,
  • Ünsiyyət  Baçarıqları

Bunu da qeyd edək ki, seçilmiş məzunlar layihə bitəndə işlə təmin ediləcəklər. Bu proqramda universitetimizin səkkiz tələbəsi seçilib və hal-hazırda davam edən layihədə iştirak edirlər. Seçilmiş tələbələrimizə uğurlar arzu edir və tələbələrimizə bu şəraiti yaratdığı üçün Veysəloğlu Şirkətlər Qrupuna dərin minnətdarlığımızı bildiririk.

VİA-da seçilən tələbələr:

Musa Zutov

Nərmin Balayev                                                                       

Kənan Rızazadə

Rəvanə Selimova

Samire Haciyeva

Gövhər Ağazadə

Emil Musayev

Məhəmməd Vəliyev

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017