Bakı Mühəndislik Universitetinin  uğuruları davam edir Bakı Mühəndislik Universitetinin uğuruları davam edir

, baxılıb - 781 dəfə

   Bakı Mühəndislik Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsinin tələbələri CIMA beynəlxalq sertifikasiya imtahanının müəyyən pillələrindən azad olunacaqlar.

 

   CIMA (Chartered Institute of Management Accountants-Idarəetmə uçotu üzrə İmtiyazlı mühasiblərİ nstitutu) 1919 cu ildə Böyük Britaniyada qurulmuş, 350000-  dən çox üzvü və tələbəsi olan idarəetmə uçotu sahəsində dünyanın ən mötəbər quruluşu hesab olunur.  

     CIMA peşəkar kvalifikasıyadır və bu ixtisaslaşdırma proqramı imkanverir ki, ölkənizi və ya olduğunuz yeri tərk etmədən özünüzün biznes və idarəetmə uçotu istiqamətlərində peşəkarlığınızı və keyfiyyətli mütəxəssis olduğunuzu sübut edəsiniz. Bunun üçün CIMA tərəfindən təşkil olunan beynəlxalq sertifikasiya imtahanına girib tələb olunan nəticəni göstərmək kifayətdir.

 

    Bakı Mühəndislik Universitetinin Mühasibat uçotu və audit, Maliyyə, Biznesin idarəedilməsi və Dünya İqtisadiyyatı ixtisasları üzrətəhsil alan tələbələri ixtisaslardan asılı olaraq CIMA-nın cəmi yeddi imtahanına qədər azad olma imkanı əldə edirlər. Bu imtahan mərhələləri aşağıdakılardır.

 

CIMA Certificate level

BA1 Fundamentals of Business Economics

BA2 Fundamentals of Management Accounting

BA3 Fundamentals of Financial Accounting

CIMA Operational level

E1 Organizational Management

F1 Financial Reporting and Taxation

CIMA Management level

F2 Advanced Financial Reporting

 

Xatırladaq ki, BMU Azərbaycanda bakalavr üzrə bu imtahanlardan azadolan yeganə universitetdir və mühasibatlıq üzrə dərslər ACCA və CIMA tədris proqramlarına uyğun keçirilir. Onu da qeyd edək ki, bu nəticə CIMA-nın London ofisindən dəvət olunan mütəxəssislərinin, BMU-da müvafiq ixtisaslar üzrə həyata keçirilən tədris planları və tədris prosesi ilə yaxından tanış olmasından sonra əldə edilib.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020