Bakı Mühəndislik Universitetinin  tələbəsi  “Seeds For Future”  proqramında iştirak edib Bakı Mühəndislik Universitetinin tələbəsi “Seeds For Future” proqramında iştirak edib

, baxılıb - 198 dəfə

   Bakı Mühəndislik Universitetinin İnformasiya texnologiyaları ixtisasının 3-cü kurs tələbəsi Hüseynov Farid Şahin oğlu Huawei şirkətinin təşkilatçılığı ilə 2 həftəlik Çində olub.  Fərid  “Seeds For Future”  proqramı haqqında məlumatı dostu vasitəsi ilə əldə edib. Sənədlərini təqdim edərək və 2 mərhələli müsabiqədə iştirak edən Fərid Çinə səyahət etmə hüququ qazanıb. O, ilk mərhələdə Azərbaycanını İKT sahəsi haqqında yazı yazıb ikinci mərhələdə isə 10 il sonra ölkəmizdə İKT-nin vəziyyəti haqqında teqdimat edib.

   Qeyd edim ki, Huawei şirkəti müxtəlif ölkələrdən İT sahəsində oxuyan tələbələr arasından müsabiqə yolu ilə seçilmiş tələbələrin Çində Seeds For Future adlı proqramı təşkil edir. İlk həftə tələbələr Huawei sirkətinin Pekin ofisində olur və ve Pekin Dillər Universitetində  Cin dili ve mədəniyyəti haqqında  dərslərdə iştirak edir. İkinci həftədə isə tələbələr Shenzen şəhərində qalır və Huawei şirkətinin işçilərinin yanında təcrübə keçirlər. Şirkətin beynəlxalq əlaqələri, strategiyası və iş mədəniyyəti haqqındqa təlimlərdə iştirak ediblər. Həmçinin ikinci həftə proqram iştirakçılarına mütəxəssislər texniki və 1G-dən 5G –dək dərslər keçirilir. Sonda isə tələbələr öyrəndiklərini laborotoriyalarda tətbiq edirlər.

      Özünü bir neçə illik təcrübə keçmiş kimi hiss etdiyini bildirən Fərid Hüseynov tələbələrə belə proqramlarda iştirak etmələrini tövsiyyə edir. Çin səddində olduğunu Şehnzen kimi elektronika şəhərində olmağı Çin dilində əsas cümlələri və hətda adını yaza bilməsi tələbəmizin təəsuratını zənginləşdirib. BMU-da İT sahəsində əldə etdiyi biliklərin onu proqramda yaxşı mənada fərqləndirdiyini qeyd edən proqram iştirakçısı əldə etdiyi təcrübəsini öz dostlarına seminar şəklində öyrətməyi də planlaşdırdığını qeyd edib.

  

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017