Bakı Mühəndislik Universitetinin tələbələrindən Müəllimlər günü təbriki Bakı Mühəndislik Universitetinin tələbələrindən Müəllimlər günü təbriki

, baxılıb - 137 dəfə


5 Oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə Bakı Mühəndislik Universitetinin tələbələri maraqlı aksiya keçirdiblər. Belə ki, universitetin Tələbə Həmkarlar Təşkilatının dəstəyi ilə universitetin tələbələri bütün müəllimlər otağının qarşısını şar və rəngarəng kağızlarla bəzəyərək öz müəllimlərinə təbriklərini çatdırıblar. Müəllimlərinə hər zaman dəyər verən Bakı Mühəndislik Universiteti tələbələrinin bu təşəbbüsü hər kəsin marağına səbəb olub.


Beynəlxalq müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır.
Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir.

Şərəfli sənət sahiblərini, bu adın mənəvi yükünü təmiz vicdanla daşıyan və bu ada layiq olan bütün müəllimləri təbrik edirik!
Bayramınız mübarək Əziz Müəllimlər!

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017