Bakı Mühəndislik Universitetinin tələbələri və məzunları üçün iş imkanları Bakı Mühəndislik Universitetinin tələbələri və məzunları üçün iş imkanları

, baxılıb - 458 dəfə

Bakı Mühəndislik Universiteti Müəssisələrlə Əlaqələr və Karyera Departamenti  Veysəloğlu Şirkətlər Qurupunun qonağı oldu. Görüşün əsas məqsədi Veysəloğlu Şirkətlər Qurupunun İlk Addım (VİA) layihəsinin müzakirəsi oldu. Müzakirə zamanı bu layihənin son kurs tələbələrimizin və məzunlarımızın işlə təmin olunmasında böyük rolu olacağı vurğulandı.

Bu layihədə (VİA)

Universiteti ən aşağı 75 bal ilə bitirən Məzunlar

0 və ya ən çox 2 il təcrübəsi olan Məzunlar iştirak edə bilərlər.

VİA-nın Müddəti

Təcrübə, Öyrənmə, İnkişaf və dəyərləndirməni əhatə edən 5 aylıq müddət

VİA-ya Seçim

VİA proqramına seçim aşağıdakılara əsasən aparılır:

Universiteti yüksək bal ilə (minimum 75 bal) ilə bitirən məzunların müəyyən edilməsi

Təcrübəçi namizədlər ingilis dili testindən ən az 65 bal toplamalıdır –test kənar ingilis dili şirkəti tərəfindən aparılacaq

Namizədlər qabiliyyət testindən ən az 75 bal toplamalıdır –bu test də kənardan alınacaq

Şirkətin daxili seçim müsahibəsindən keçməlidir

VİA Proqramı Sizə nə verəcək?

Veysəloğlu Qrup MMC-nin aparıcı direktorluq, departamentlərinin hər birində mentorun istiqamətləndirməsi ilə öyrədici təcrübə,Orientasiya təlimləri də daxil olmaqla,Strateji düşünmə və təqdimat bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar,Orientasiya təlimləri də daxil olmaqla, ümumi idarəetmə, maliyyə idarəsi, İR idarəetməsi, Logistika, hüquq, Emosional Entellekt, Müştəri Məmnuniyyəti, Ünsiyyət və bu kimi əsas biznes vərdişlərinə əsaslanan təlimlər,Şirkət rəhbərləriin dəvətli qonaq qismində cəlb edildiyi müzakirələr keçiriləcək.

VİA layihəsində iştirak etmək istəyən tələbə və məzunlarımız 23.06.2017 tarixina qədər sadasdamirova@beu.edu.az  e_mail adresinə CV-ni göndərə bilərlər.

Bölmənin digər xəbərləri
 
 
 
 

©2017