Bakı Mühəndislik Universitetinin tələbələri müvəffəqiyyət qazanıb Bakı Mühəndislik Universitetinin tələbələri müvəffəqiyyət qazanıb

, baxılıb - 345 dəfə

   30 noyabr - 5 dekabr 2018-ci il tarixlərində Gürcüstan Respublikasının Tbilisi şəhərində “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi (komanda) və Cənubi Qafqaz Açıq Çempionatı (komanda və fərdi) keçirilib.

   Müsabiqədə Azərbaycan Respublikasının 8 ali təhsil müəssisəsi 16 komanda (hər komandada 3 tələbə və komanda rəhbəri): ADA  2, ADAU 1, ADNSU 2, UFAZ 2, AU 1, BANM 4, BDU  2, BMU 2 və məktəblilər  1 komanda olmaqla təmsil olunub.

     Bakı Mühəndislik Universitetinin komandalarına universitetin Kompüter və İnformasiya Texnologiyaları kafedrasının baş müəllimi Etibar Seyidzadə rəhbərlik edib.

     2 dekabrda “43-cü ACM ICPC - Tələbələrin Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi”nin yarımfinal mərhələsi və “Cənubi Qafqaz Açıq Çempionatı” keçirilib. Komanda müsabiqəsində NEERC regionu üzrə Rusiya Federsiyası, Belarus Respublikası, Azərbaycan Respublikası, Gürcüstan Respublikası, Ermənistan Respublikası, Latviya Respublikası, Litva Respublikası, Estoniya Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Özbəkistan Respublikasının ali təhsil müəssisələrindən 300 komanda iştirak edib. Müsabiqədə komandalara 5 saat ərzində 13 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Komanda müsabiqəsində “Baku Engineering University 1” komandası (Rəşad Məmmədov, Ülvi Aslanlı, Əyyub Nəcəfzadə)  ACM ICPC 2018-2019 “Azərbaycan Çempionu” sertifikatına, ACM ICPC 2018-2019 NEERC III dərəcəli sertifikata və Cənubi Qafqaz Açıq Çempionatının II dərəcəli diplomuna, “Baku Engineering University 4” (Tağı Əşrəfov, Asiman Ağayev, Sultan Murtuzaliyev) komandası ACM ICPC 2018-2019 NEERC “Fərqlənmə” sertifikatına və Cənubi Qafqaz Açıq Çempionatının “Yüksək Nailiyyət” sertifikatına layiq görülmüşlər.

     4 dekabr 2018-ci il tarixində “Cənubi Qafqaz Açıq Çempionatı”nın fərdi müsabiqəsi keçirilib. Fərdi müsabiqədə 80 nəfər iştirak edib. Müsabiqə iştirakçılarına 3 saat ərsində 8 alqoritmik məsələnin proqramını tərtib etmək və avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Fərdi müsabiqədə Bakı Mühəndislik Universitetinin tələbələri Rəşad Məmmədov II dərəcəli diploma, Sultan Murtuzaliyev III dərəcəli diploma, Ülvi Aslanlı, Tağı Əşrəfov “Yüksək Nailiyyət” sertifikatına, Asiman Ağayev, Əyyub Nəcəfzadə “Fərqlənmə” sertifikatına layiq görülmüşlər.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020