Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalında birinci oldu Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalında birinci oldu

, baxılıb - 210 dəfə

  Aprelin 27-də Azərbaycan Dövlət Musiqili Teatrında “Tələbə baharı” XI Ümumrespublika tələbə yaradıcılıq festivalının qala-konserti olub.

Myuzikl-tamaşa formatında təşkil olunan qala-konsertin seçim turlarında 25-dək ali təhsil müəssisəsindən 800-dən çox tələbə müxtəlif nominasiyalar üzrə istedadını nümayiş etdirib.
Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin yaradıcı kollekrivlərinin üzvləri də müsabiqədə fəallığı ilə seçilıb. Milli, xalq və müasir rəqslər, klassik və pop müsiqi nominasiyaları üzrə müsabiqədə iştirak edən istedadlı tələbə-gənclər festivalın qalibləri sırasında yer aldılar.
Bakı Mühəndislik Universitetinin rəqs kollektivi dünya rəqsləri nominasiyası üzrə I yerə, Pedaqoji fakültə, ingilis dili və ədəbiyyatı kafedrasının III kurs tələbəsi Arzu Dadaşovova pop müsiqi nominasiyası üzrə III yerə layiq görüldülər.
Tədbirin sonunda festivalın qaliblərinə diplom və xatirə hədiyyələri təqdim olunub.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildən etibarən ali təhsil müəssisələrinin tələbələri arasında hər il “Tələbə baharı” Ümumrespublika tələbə yaradıcılıq festivalı təşkil olunur. 2011-ci ildən festival Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə keçirilir.
Festivalın keçirilməsinin məqsədi tələbə yaradıcılıq kollektivlərini inkişaf etdirmək, ali təhsil müəssisələrində fəaliyyət göstərən dərnəklər arasında gənclərin mübadiləsini təşkil etmək, yaradıcı və istedadlı gəncləri aşkara çıxarmaq, Yeni ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır.

 

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020