Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalın birincisi oldu Bakı Mühəndislik Universitetinin tələbələri XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalın birincisi oldu

, baxılıb - 173 dəfə

      Gənclər və İdman Nazirliyi tərəfindən 03.04.2018-ci il tarixdə Azərbaycan Dövlət Rus Dram Teatrında “Tələbə baharı” XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının seçim turu keçirildi. Bakı Mühəndislik Universitetinin bədii yaradıcılıq bölməsinin yaradıcı kollektivlərinin üzvləri də müsabiqədə fəallığı ilə seçilirdi. Milli, xalq və müasir rəqslər, klassik və xalq müsiqi nominasiyaları üzrə müsabiqədə iştirak edən istedadlı  tələbə-gənclər festivalın qalibləri sırasında yer aldılar.

     Bakı Mühəndislik Universitetinin  rəqs kollektivi dünya rəqsləri nominasiyası üzrə I yerə, Pedaqoji fakültə, ingilis dili və ədəbiyyatı kafedrasının III kurs tələbəsi Arzu Dadaşova caz müsiqi nominasiyası üzrə, Tərcümə kafedrasının  1 kurs tələbəsi Elmir Nəcəfov xalq mahnıları nominasiyaları üzrə III yerə layiq görüldülər.

XI Ümumrespublika Tələbə Yaradıcılığı Festivalının Qala konserti 25 Aprel tarixində keçiriləcək.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018