Bakı Mühəndislik Universitetinin   kafedra müdirinin  Azərbaycan bölməsini  yazdığı  növbəti kitab  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən nəşr edilib Bakı Mühəndislik Universitetinin kafedra müdirinin Azərbaycan bölməsini yazdığı növbəti kitab BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən nəşr edilib

, baxılıb - 545 dəfə

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO-nun Avropa və Mərkəzi Asiya ofisinin “2015-2016 cı illərdə post Sovet ölkələrində kənd təsərrüfatı məhsullarının ticarət siyasəti" nəşri bu ilin sentyabr ayında  qurumun rəsmi nəşrlər siyahısında çap edilmişdi. Post-Sovet ölkələrindən hər biri üzrə bir nəfər ekspertin təmsil etdiyi ölkə üzrə hazırladığı 140 səhifəlik kitab FAO-nun və diğər rəsmi qurumlarının təşkilatçılığı və regionu təmsil edən ölkələrdən universitet və tədqiqat mərkəzlərininin nümayəndələrini əhatə edən 20-dən çox ölkədən 30-dan çox ekspertin iştirakı ilə müzakirə edilmiş və ölkələr üzrə hesabatın daha da dolğun və əhatəli olması üçün təklif və tövsiyyələr diqqətə alınaraq bir illik bir əməkdaşlıq sonrası ərsəyə gəlmişdir. Hesabatı hər ölkə üzrə bu sahənin tanınmış mütəxəssisləri olan hökumət nümayəndələri və elm adamlarından ibarət ekspert heyəti hazırlamışdır. Bu mötəbər nəşrin Azərbaycan hissəsini Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dr. Elçin Süleymanov hazırlamışdır.Nəfis tərtibatla rus dilində çap edilən kitab BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı FAO tərəfindən dövlət və bu sahə ilə əlaqəli təşkilatlara göndərilmiş və qurumun rəsmi nəşrlər siyahısına daxil edilmişdir. Region ölkələrinin kənd təsərrüfatı məhsullarının ticarət siyasətinə müsbət qatqısı olacağı düşünülən kitab mütəxəssislər tərəfindən müsbət qiymətləndirilmiş və bu ilin noyabr ayının axırlarında  ingilis dilində `Review Of Agricultural Trade Policies In Post-Soviet Countries 2015-16` hesabatı  yenilənmiş  formada FAO nun  yeni bir rəsmi nəşri olaraq çap edimişdir. Qeyd edək ki, Elçin Süleymanov tərəfindən təşkilatın `Review of Agricultural Trade Policies in former Soviet Union countries 2014-15` BMT Ərzaq və Kənd Təsərrufatı təşkilatı FAO-nun digər rəsmi hesabatı 2016-cı ilin mart ayında rus və ingilis dilində nəşr olunmuş və mütəxəssislər tərəfindən müsbət dəyərləndirilmişdir. “2015-2016-cı illərdə Post-Sovet ölkələrində kənd təsərrüfatı məhsullarının ticarəti siyasəti" nəşrində neft qiymətlərinin azalması fonunda Azərbaycanın qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirdiyi iqtisadi siyasət və kənd təsərrüfatının inkişafına yönəlmiş addımlar və həyata keçirilən proqramlar şərh olunmuşdur. Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasının müdiri Dr. Elçin Süleymanovun  bu mötəbər qurumun rəsmi nəşrlər siyahısında  bu artıq üçüncü nəşridir.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Ali məktəblər üçün nəşr hüququ (qrifli nəşr) verilən bir dərslik, üç dərs vəsaiti , on monoqrafıya və dörd fənn proqramının həm müəllifi olan Elçin Süleymanovun 60-dan çox elmi məqaləsi 30-dan çox müxtəlif xarici ölkədə nəşr edilmişdir. Bu il Dr. Elçin Süleymanovun məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling, Economies MDPİ, Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact faktorlu elmi jurnallarda nəşr olunmuşdur ki, bu jurnalların bəzilərinin impakt faktoru 10-a yaxındır. Bu Azərbaycan elmi üçün böyük uğurdur. 16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF)tərəfindən ilk dəfə keçirilən “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuşdur.

 

 

http://www.fao.org/3/a-i8083e.pdf

http://www.fao.org/economic/est/international-trade/europe-and-central-asia/cispubs/en/

                                                                        

 

 

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020