Bakı Mühəndislik Universitetinin Maliyyə tələbələri Almaniyaya səfər etmişdir Bakı Mühəndislik Universitetinin Maliyyə tələbələri Almaniyaya səfər etmişdir

, baxılıb - 75 dəfə

 

Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasının kafedra müdiri Füzuli Əliyevin 4-cü kurs  tələbələri ilə yazdığı Alman universitetlərinə və maliyyə təşkilatlarınasəfər layihəsi DAAD tərəfindən qəbul edilmiş və maliyyələşdirilmişdir.

Səfərin ilk günündə tələbələr Marburq Universitetində olmuşlar.Universitetin Yaxın və Orta Şərq Tədqiqatları Mərkəzinin iqtisadiyyat professoru Dr. Mohammad Farzanagen və köməkçisi Sven Fisher tələbələrimizi qonaqpərvərliklə qarşılamış, onlara Marburq Universiteti barədə məlumat vermişlər.

 

TələbələrimizProf. Farzanegan-ın təqdimatında Orta Asiya və Şimali Afrika ölkələrinin neft iqtisadiyyatı dərslərində iştirak etmişlər Tələbələr gün ərzində Marburq şəhərini gəzmiş, onun qədim və rəngarəng arxitekturası barədə məlumat toplamışlar.

 Səfərin ikinci günündə maliyyə tələbələrimiz Marburq Universitetindəmakroiqtisadiyyat dərslərindəaktiv iştirak etmiş və faiz dərəcələrinin dəyişməsinin Avropa ölkələrinə təsirləri barədə müzakirələr aparmışlar.

Tələbələr həmçinin sözügedən universitetdə Azərbaycanın  neft iqtisadiyyatı barədə təqdimat etdilər. Təqdimatda Azərbaycanın iqtisadiyyatı haqqında qısa məlumat, neft yataqlarının aşkarı,  Əsrin Müqaviləsi, Bakı-Tbilisi-Ceyhan , TANAP kimi layihələrdən danışıldı.

Növbəti günlərdə, tələbələr Koblenz Tətbiqi Elmlər Universitetində oldular,İqtisadiyyat və Sosial Elmlər Fakültəsinin Maliyyə professoru Nils Holzmann tələbələri qonaqpərvərliklə qarşıladı, universitet və ixtisaslar barədə, həmçinin, təqaüd imkanları barədə ətraflı məlumat verdi. Daha sonra isə  xaricdə təhsil imkanları, xüsusilə də Gürcüstanda təhsil imkanları barədə seminarda iştirak etdilər. Bakı Mühəndislik Universitetinin Maliyyyə kafedrasınıın müdiri Füzuli Əliyev BMU-da təqaüd imkanları, universitetin beynəlxalq əlaqələri barədə;  maliyyə ixtisasının son kurs tələbəsi Elçin Allahverdiyev isə Azərbaycanda təhsil və yaşayış xərcləri barədə məlumat verdilər.

Tələbələrimiz Koblenz Tətbiqi Elmlər Universitetində yerli tələbələr və professorlara Tədiyyə Balansı mövzusunda təqdimat etmişlər. Təqdimatda onlar Azərbaycanın ixrac və idxal məhsullarından,investisiya imkanlarından danışmışlar.Tələbələr hər iki universitetdə Azərbaycan Mədəniyyət Gecəsi keçirmiş və tədbirdə  xarici müəllim və tələbələrə Azərbaycanın milli geyimləri, musiqiləri və rəqslərini  nümayiş etdirmişlər. Həmçinin, tədbir iştirakçıları Azərbaycanın milli şirniyyatı olan paxlavadan dadmışlar. İştirakçılara suallar verilərək hər düzgün cavaba görə simvolik hədiyyələr verilmişdir.

 

 

Səfər çərçivəsində tələbələrimiz universitetlərlə yanaşı, BaFin (Alman Maliyyə Bazarlarına Nəzarət Təşkilatı), Frankfurt Main Finance Center, Deutsche Bundesbank (Almaniya Mərkəzi Bankı)-da da səfərdə olmuşlar. BaFin-də Dr. WinfriedAdam tərəfindən aktivlərin idarəolunmasına nəzarət sistemi, təşkilatın əsas fəaliyyətləri barədə təqdimat etmiş, Frankfurt Main Finance Center-də isə Andreas Glanzel “Brexit-in Avropa iqtisadiyyatına təsiri” barədə seminar vermişdir.Bundesbank səfəri isə  interaktiv müzakirələr və sual cavablarla yadda qalmışdır. Əsas mövzu və müzakirə obyekti isə Avropanın pul siyasəti olmuşdur. Sonda tələbələr şirkətlərdə təqaüd və iş  imkanları ilə də maraqlanmışlar. 

 

Ümumilikdə bu proqram Almaniya və Azərbaycan arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018