Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasının tələbələri təlimdə iştirak edib Bakı Mühəndislik Universitetinin Maliyyə ixtisasının tələbələri təlimdə iştirak edib

, baxılıb - 414 dəfə

 

    “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “2.1.4. Sahiblik düşüncə tərzinin dəyişdirilməsi” tədbiri üzrə Maliyyə Bazarlarına Nəzarət Palatasının 2017-2018-ci illər üzrə təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Bakı Mühəndislik Universitetinin Maliyyə kafedrasında , Palatanın mütəxəssisləri tərəfindən "Kapital bazarları vasitəsilə maliyyələşmə və listinq"  mövzusunda təlimlər keçirmişdir.Tədbiri giriş sözu ilə  Maliyyə kafedrasının mudiri dos.Elçin Suleymanov açaraq bu təlimin tələbələrin maliyyə savadlılığı istiqamətində əhəmiyyətindən bəhs edib və maliyyə ixtisası tələbələrinin gələcək fəaliyyətlərində bu cur təlimlərin böyuk rolu olduğunu qeyd edib.

     Maliyyə bazarlarına nəzarət departamentinin direktoru Cavid Nəzərov  təlimçilərə və tələbələrə uğurlar arzuladı və bu cur təlimlərin universitetlərdə mutəmadi olmasının vacibliyindən bəhs edib.

   Maliyyə Bazarlarına Nəzarət Palatasınin əməkdaşı Samir İsmayılov tərəfindən “Kapital bazarlarından maliyyələşmə” , Bakı Fond Birjasının əməkdaşı Əli Orucov tərəfindən “Bakı Fond Birjasında listinq” və Maliyyə Bazarlarına Nəzarət Palatasınin əməkdaşı Ruslan Babayev tərəfindən “İnvestisiya xidmətləri və maliyyə riskləri” təlimi verilib.

   Tələbələr tərəfindən böyük maraqla qarşılanan təlimlərdə kapital bazarının iştirakçıları və alətləri, investisiya qiymətli kağızları, kapital bazarlarından maliyyələşmə, investisiya xidmətlərinin növləri və emitentlərin Bakı Fond Birjasında listinqinə dair nəzəri və praktiki mövzuları əhatə edən təqdimat ilə çıxış edən mütəxəssislər seminarda iştirak edən tələbələrin çoxsaylı suallarını cavablandırdılar.

   Sonda İnterraktivlik və diskussiyalarla zəngin olan təlimin  ən aktiv iştirakçıları Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən sertifikatlarla təltif ediliblər.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020