Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilib Bakı Mühəndislik Universitetinin Himayəçilər Şurasının ilk iclası keçirilib

, baxılıb - 106 dəfə
 
 
 
Bakı Mühəndislik Universiteti Himayəçilər Şurasının ilk iclası keçirilib.
 
Lent.az-ın məlumatına görə, görüşdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Himayəçilər Şurasının üzvləri, universitetin rektoru, professor və müəllim heyəti iştirak edib.
 
 
Universitetin rektoru Havar Məmmədov rəhbərlik etdiyi ali təhsil müəssisəsində Himayəçilər Şurasının fəaliyyəti ilə bağlı məlumat verərək qeyd edib ki, ötən müddət ərzində şuranın tərkibi formalaşdırılıb və təsdiq olunub.
Nazir müavini, Himayəçilər Şurasının sədri Ceyhun Bayramov qeyd edib ki, Himayəçilər Şurasının əsas vəzifələri universitetin strateji istiqamətlərini müəyyən etmək, birgə səylər həyata keçirmək, eyni zamanda büdcə komitəsinin formalaşdırılması, illik büdcənin və onun icrasının təsdiq edilməsi, audit komitəsinin işinin təşkili, universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsi, eləcə də ali təhsil müəssisəsinin elm, təhsil, innovasiya mərkəzi kimi fəaliyyətinin genişləndirilməsi, maddi-texniki bazasının yaxşılaşdırılmasından ibarətdir.
 
 
Ceyhun Bayramov bir sıra yeni ixtisaslar üzrə mütəxəssis hazırlığının BMU-ya həvalə olunmasını bu ali məktəbin potensialının yüksək qiymətləndirilməsinin nəticəsi olduğunu vurğulayıb.
 
 
Himayəçilər Şurasının sədri universitetin öz fəaliyyətində dünyada gedən prosesləri nəzərə almalı olduğunu, xarici universitetlərlə işbirliyi qurmasının, xüsusilə də ikili diplom layihələrində iştirakının vacibliyindən danışıb. Ceyhun Bayramov BMU-nun  tələbələrinin təcrübəsinin təşkilində innovasiya sahəsində fərqlənən şirkətlərin imkanlarından istifadəni, müəllimlərin yeni inkişafyönlü layihələrdə iştirakını və nəticədə təlimin keyfiyyətinin yüksəldilməsinə dəstək verilməsini Himayəçilər Şurasının əsas fəaliyyət istiqamətləri olduğunu diqqətə çatdırıb.
 
 
Daha sonra çıxış edən Himayəçilər Şurasının üzvü, “Azərkimya” İstehsalat Birliyinin Müşahidəçilər Şurasının sədri Muxtar Babayev şuranın fəaliyyəti ilə bağlı bir sıra məsələlərə toxunub.
 
 
Himayəçilər Şurasının üzvləri - AMEA Fizika İnstitutunun direktoru, AMEA-nın Həqiqi üzvü Nazim Məmmədov, SAP Azərbaycanın İdarəedici direktoru Rüfət Hacıəlibəyov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, Təhsil Nazirliyi yanında Peşə Təhsili  üzrə Dövlət Agentliyinin rəhbəri Famil Mustafayev, Təhsil Nazirliyi Aparat rəhbərinin müavini Yaqub Piriyev müzakirə olunan mövzu ilə bağlı fikirlərini bildirib və təkliflər səsləndiriblər. 
 
Bölmənin digər xəbərləri
 
 
 
 

©2017