Bakı  Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Dos. Elçin Süleymanov ABŞ-da elmi ezamiyyətdə olmuşdur Bakı Mühəndislik Universitetinin Elmi işlər üzrə prorektoru Dos. Elçin Süleymanov ABŞ-da elmi ezamiyyətdə olmuşdur

, baxılıb - 329 dəfə

  Bakı Mühəndislik Universiteti yarandığı gündən tədris fəaliyyəti ilə yanaşı əməkdaşlarının beynəlxalq  elmi əməkdaşlığına da imkanlar yaratmaqdadır. Ötən tədris ilində universitetin 10-dan çox əməkdaşı bir çox xarici ölkədə tədqiqat aparmışdır. İyun ayından etibarən elmi işlər üzrə prorektor dos. Elçin Süleymanov ABŞ Dövlət Departamentinin dəstəyi ilə iki aylıq ABŞ-da elmi ezamiyyətdə olmuşdur. Bu müddət ərzində o, dünyanın ən reytinqli universitetlərindən sayılan The University of Maryland, College Park və Prince George's Community College-də bir sıra seminar və təlimdə iştirak etmişdir. O cümlədən bu müddət ərzində  College Park, Waşinqton və New Yorkda fəaliyyət göstərən 10-dan çox top reytinqli  universitetdə əməkdaşlıq görüşləri keçirmişdir. Eyni zamanda Amerika Konqresində, universitetdə və tədqiqat mərkəzlərində bir çox konfrans, seminar və təlimdə iştirak etmişdir. Proqram çərşivəsində New Yorkda fəaliyyət göstərən Columbia University, New York University, Pace University, paytaxt Waşinqtonda fəaliyyət göstərən The George Washington University, Georgetown University,  George Mason University ziyarət edilmiş və əməkdaşlıq görüşləri keçirilmişdir. Proqram çərçivəsində eyni zamanda New York Fond Birjası,  Dünya Bank və BVF mərkəz ofisi,  dünyanın ən zəngin kitabxanası olan Amerika Kongress Kitabxanası ziyarət edilmişdır. İki aylıq proqram çərçəvəsində universitetimizin prorektoru dos. Elçin Süleymanov Center for Strategic and International Studies keçirilən  Internet Governance Forum USA-2018 (IGF-USA), Amerika Kongresində keçirilən Future Leaders Conference-2018, George Mason Universitində keçirilən  Conference on Investor Protection, Corporate Governance and Fraud Prevention, United States Institute of Peace keçirilən Türkiyənin Geostrategiyası mövzulu beynəlxalq konfranslarda Azərbaycanı və universitetimizi uğurla təmsil etmişdir. Qeyd edək ki dos. Elçin Süleymanov Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən ali məktəblər üçün nəşr hüququ (qrifli nəşr) verilən bir dərslik, iki dərs vəsaiti, dörd fənn proqramı, 14 kitab və əksəriyyəti 30-dan çox müxtəlif ölkədə nəşr olunan yüzə yaxın elmi məqalənin müəllifidir. İyirmidən çox müxtəlif xarici ölkələrdə bir çox təlim və seminarlarda iştirak etmişdir.  2015-ci ildən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (Food and Agriculture Organization of the United Nations, FAO), The Korea Institute for International Economic Policy (KIEP) və World Economic Surveyin ekspertidir və bu qurumların bir neçə nəşrlərində Azərbaycan üzrə hesabatların müəllifi olmuşdur. 16 oktyabr 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) “Ən Layiqli Alim – Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində ”2016-cı ilin alimi” mükafat müsabiqəsində Humanitar və ictimai elmlər sahəsinin əsas nominasiya üzrə qalibi olmuş, ona xüsusi hazırlanmış adlı medal və diplom təqdim olunmuşdur. Məqalələri Renewable and Sustainable Energy Reviews, Economic Modelling , Economies, Expert Journal of Economics, International Journal Of Social Sciences And Humanity Studies, Academic Journal of Economic Studies kimi impakt faktorlu jurnallarda nəşr olunmuşdur. Bu jurnallardan bəzilərinin impakt faktoru 10-a yaxındır və bu Azərbaycandan ictimai elmlərdə impakt faktorlu jurnallarda nəşr olunan ən yüksək göstəricilərdəndir.

 

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018