Bakı Mühəndislik Universitetində beynəlxalq konfrans keçirilir Bakı Mühəndislik Universitetində beynəlxalq konfrans keçirilir

, baxılıb - 243 dəfə

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Bakı Mühəndislik Universitetinin birgətəşkilatçılığı ilə “İqtisadiyyat və idarəetmədə davamlı inkişaf: problemlər və perspektivlər” adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Yeniavaz.comsaytına verilən məlumata görə, konfransın məqsədi iqtisadiyyat və idarəetmədə davamlı inkişafın vacibliyini vurğulamaq; hərtərəfli inkişafa nail olmaqda bunun əhəmiyyətini nəzərdən keçirmək; iqtisadiyyat və idarəetmədə resurslardan optimal istifadə etməklə strateji planlara effektiv və səmərəli şəkildə nail olmaq; iqtisadi çağırışlar çərçivəsində beynəlxalq münasibətlərdə mövcud tendensiyaları nəzərdən keçirməkdir.
Açılış nitqi ilə çıxış edən universitetin rektoru,  professor Havar Məmmədov qeyd edib ki, bu il universitet bir neçə beynəlxalq konfransa ev sahibliyi  edir: “Sevindirici haldır ki konfransa ondan çox ölkədən 150-yə yaxın məqalə və tezis göndərilib və elmi heyətin qərarı ilə yüzə yaxın tədqiqat konfransın proqramına daxil ediir. Konfransın işində Azərbaycanın 30-a yaxın elmi tədqiqat müəssisəsindən, eyni zamanda Rusiya, Türkiyə, Malayziya, Macarıstan, Gürcüstan, Ukrayna, Özbəkistan  və digər ölkələrdən elm adamları öz tədqiqatlarını göndərib. Konfransımıza  ən çox məqalə göndərən qurumlardan Azərbaycan Dövlət İqtisad  Universiteti, AMEA iqtisadiyyat İnstitutu,  Turizm və Menecment Universiteti, Ərzurum Atatürk Universitetini qeyd etmək olar.
   Konfransda çıxış edən Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyi iqtisadi islahatlar Elmi Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev və Azərbaycan Texniki Universitetin rektor əvəzi Xalıq Yahudov qloballaşan dünyada Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və konfransda aparılan elmi müzakirələrin əhəmiyyətindən danışıblar.
  Konfransın plenar iclasında  AMEA-nın müxbir üzvü, professor Akif Musayev, İİTKM-in icraçı direktoru Vüsal QasımlıAtatürk Universitetinin professoru Reşat Karcıoğlu, St. Peterburq Dövlət Universitetinin professoru İrina Vladimirovna Zeleveva məruzə ediblər.

https://www.yeniavaz.com/az/newscontent/znewscontent/86785/baki-muhendislik-universitetinde-beynelxa

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019