Bakı Mühəndislik Universitetində akademik Kamal Abdulla ilə görüş keçirilib Bakı Mühəndislik Universitetində akademik Kamal Abdulla ilə görüş keçirilib

, baxılıb - 475 dəfə

 

 Universitetin Pedaqoji fakültəsinin Azərbaycan dili və ədəbiyyatı kafedrasında “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” fənninin dinləyici tələbələri ilə olan görüşdə akademik Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı geniş müzakirə edilib. Görüşdə universitetin Humanitar Məsələlər üzrə Prorektoru Bayram Hüseynzadə, Azərbaycan dili və ədəbiyyatı kafedrasının professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Əvvəlcə, kafedranın baş müəllimi Ülvi Babasoy akademik Kamal Abdullanın həyat və yaradıcılığı, onun  romanlarının dil-üslub və poetik imkanları haqqında məlumat verib. Qeyd edib ki, akademik Kamal Abdullanın  müəllifi olduğu romanlar bir neçə xarici dilə tərcümə olunub və tədqiqatçılar tərəfindən məqalələr yazılıb.

Romanların ideya və struktur estetikası analiz edildikdən sonra müəllifə söz verilib. Akademik Kamal Abdulla “Yarımçıq əlyazma”nın yazılma prosesi və romana olan reaksiyalar barədə ətraflı söhbət açıb.  Söhbət əsnasında auditoriyanın maraq dairəsinə uyğun olaraq “Gizli Dədə Qorqud”, “Yarımçıq əlyazma” və “Kitabi-Dədə Qorqud” poetikasına giriş” əsərlərinin arasındakı əlaqə də müazakirə edilib. Tələbələr “Yarımçıq əlyazma” romanı haqqında müxtəlif səpkili məruzə və suallarla çıxış ediblər. Universitetin professor-müəllim heyəti, Humanitar Məsələlər üzrə ProrektoruDr. Bayram Hüseynzadə, Pedaqoji fakültənin dekanı, dos. İslam Hüseynov, professor Akif Hüseynli və baş müəllim Ülvi Babasoy da müzakirədə iştirak ediblər. Professor Akif Hüseynli “Kamal Abdulla yardıcılığında   intellektual nəsrin  poetik imkanlarının yüksək səciyyədə olduğunu” vurğulayıb və roman haqqında geniş mühazirə oxuyub. Sonda Kamal Abdulla auditoriyadan razı qaldığını və bu tip müzakirələrin yaradıcılığının hər hansı qaranlıq bir məqamına aydınlıq gətirilməsinin əhəmiyyəti  haqqında danışıb,  iştirakçılar və universitet rəhbərliyinə öz təşəkkürünü bildirib. 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020