Bakı Mühəndislik Universitetində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya Gənclər Birliyi Təşkilatı təsis olunmuşdur Bakı Mühəndislik Universitetində Yeni Azərbaycan Partiyası ərazi ilk partiya Gənclər Birliyi Təşkilatı təsis olunmuşdur

, baxılıb - 317 dəfə

8 Noyabr 2017ci il tarixində Bakı Mühəndislik Universitetinin YAP ərazi ilk partiya təşkilatı İdarə Heyətinin iclası keçirilmişdir. İclasda universitet rəhbərliyi, universitet ilk partiya təşkilatı sədri Bayram Hüseynzadə və idarə heyətinin digər üzvləri, müəllim - tələbə heyəti iştirak etmişdir.

İclası açıq elan edən universitetin prorektoru Bayram Hüseynzadə YAP-ın görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə ziyalılar tərəfindən qurulduğunu, məqsədinin xalqımıza, dövlətimizə xidmət etmək olduğunu vurğulayıb. Prorektor qeyd edib ki, BMU yeni yaranmış universitetdir və burada təsis edilən ərazi ilk partiya təşkilatına üzvlük üçün kollektivdən çoxlu sayıda tələbə könüllü olaraq müraciət etmişdir.

 Çıxış edən İdarə Heyəti üzvləri bu müraciətləri nəzərə alaraq Universitetin YAP Gənclər Birliyi Təşkilatının yaradılmasının zəruri olduğunu açıqlamışlar. Yekdil səslə Universitet nəzdində YAP Gənclər Birliyi Təşkilatının yaradılması qərara alınmışdır. Heyət üzvləri səsvermə yolu ilə universitetin 4cü kurs tələbəsi İskəndərov Məcid Həmid oğlunu Təşkilata sədr seçmişlər.

Sonda İdarə Heyəti üzvləri yeni yaradılmış Təşkilata gələcək işlərində müvəffəqiyyətlər arzulamışlar.

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020