Bakı Mühəndislik Universitetində TAEIX layihəsi çərçivəsində seminar keçiriləcək Bakı Mühəndislik Universitetində TAEIX layihəsi çərçivəsində seminar keçiriləcək

, baxılıb - 274 dəfə

Bakı Mühəndislik Universiteti Avropa Komissiyasının texniki yardım və informasiya mübadiləsi aləti olan TAEIX layihəsi çərçivəsində Niderlanddan iki nəfər mütəxəssisi- professor Rob Vanlambalgen və professor Liesbeth Rijsdijk universitetə dəvət edib. 

  Qeyd edək ki, sahibkarlıq universitetinin yaradılması modeli üzrə dəvət edilən ekspertlər Avropa Komissiyası tərəfindən maliyyələşdirilir və Azərbaycanda sahibkarlıq universiteti modelinin qurulmasında yardım göstərmək məqsədini daşıyır.

Ekspertlər bir həftə müddətində universitet rəhbərliyi, eləcə də müxtəlif fakültə və kafedraların rəhbərləri ilə görüşlər keçirməyi və BMU-nun sahibkarlıq universiteti kimi formalaşması üçün lazımi addımları müzakirə etməyi planlaşdırırlar.

 Universitetin rektoru, professor Havar Məmmədov qonaqları qəbul edib və layihə barəsində geniş fikir mübadiləsi aparıblar. Rektor universitetin fəaliyyət istiqamətləri və sahibkarlıq universiteti kimi inkişaf yolu və hədəfləri barədə ətraflı məlumat verib. Bildirib ki, BMU dövlət və özəl sektorla yüksək səviyyəli əməli əlaqələr qururb. Çalışırıq ki, sənaye müəssisələrinə elmi köməklik göstərək, onlar üçün müasir tələblərə uyğun kadr hazırlayaq. Müəssisələr isə kadr hazırlığının yüksəlməsi üçün universitetin maddi-texniki bazasının güclənməsinə və tələbələrin istehsalat təcrübəsi keçməsinə şərait yaratsın. Ölkəmizdə son illər dövlət tərəfindən bir neçə texno park və müasir texnologiyalıə özəl istehsalat müəssisələri fəaliyyətə başlayıb. Demək olar ki, bu müsəssisələrin hamısı ilə əməkdaşlıq edirik. Amma görülən işlərlə yanaşı beynəlxalq təcrübəyə və bu işləri həyata keçirəcək kadrlara da ehtiyacımız var. Bu səbəbdən də biz sizlərlə əməkdaşlıq edərək əməkdaşlarımızın sahibkar universitet modelini daha dərindən, praktik olaraq öyrənmələrini təmin etməyi düşünürük.

      Professor Vanlambalgen bildirib ki, son 15 ildir ki,  universitetlərin sahibkarlıq modeli üzrəində işləyir. O, bu sahədə dunyada öndə gedən universitetlərin fəaliyyətindən nümunələr göstərib. Bildirib ki, bu cür universitetlərin fəaliyyəti əsasən məşğulluğun artırılmasına istiqamətlənib. Biz də sizin universitetlə yaxından tanış olub bu istiqamətdə birgə işlər görəcəyik. Təcrübəmizi və bu sahədə gördüyümüz işlərin nəticələrini sizin əməkdaşlarla bölüşəcəyik. Əsasən Rob Vanlambalgen səfəri müddətində Tvente Universitetinin sahibkarlıq universiteti modelini müzakirə edəcəyini bildirib.

Nəzərinizə çatdırmaq istərdik ki, professor Vanlambalgen uzun illər Utrext Tətbiqi Elmlər Universitetində İqtisadiyyat və İdarəçilik fakültəsinin dekanı olmuş, Avropanın ən sahibkar universiteti hesab edilən Tvente Universiteti nəzdnində VentureLab-ın proqram direktoru kimi vəzifələrdə çalışmışdır. Hazırda, professor Vanlambalgen Vinşaym Tətbiqi Elmlər Universitetinin Biznes Məktəbinin direktorudur.

Professor Liesbeth Rijsdijk Vinşaym Tətbiqi Elmlər Universitetinin Biznesin İdarəedilməsi proqramında xarici əlaqələr şöbəsinin direktorudur. O həmçinin universitetin Sosial İnnovasiyalar proqramında böyük elmi işçidir. Liesbeth Rijsdijk sosial innovasiyanı və 21-ci əsr üçün lazımı olan liderlik, əməkdaşlıq, krativlik, innovasiya, tənqidi düşüncə və problem həlli kimi bacarıqları təşviq edən innovativ tədris formatlarını hazılamaqda təcrübəlidir. Missiya ərzində xanım Liesbeth Niderlandın ali təhsil sistemi və ali təhsil müəssisələri haqqında təqdimatlar edəcək, sahibkarlıq universiteti üçün lazımi tədris formatlarıdan danışacaq.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020