Bakı Mühəndislik Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd edilib Bakı Mühəndislik Universitetində Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd edilib

, baxılıb - 73 dəfə

Xırdalan, 15 may, Ətrabə Rzayeva, AZƏRTAC

Bakı Mühəndislik Universitetində (BMU) görkəmli alim, yazıçı, ədəbiyyatşünas, Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin 110 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, BMU-nun rektoru, professor Havar Məmmədov Mir Cəlal Paşayevin həyat və yaradıcılığından danışıb. Bildirilib ki, Mir Cəlal Paşayevin yazdığı əsərlər hər dövr üçün aktualdır və sevilərək oxunur.

Rektor görkəmli alimin yubiley tədbirlərinin ölkəmizdə və xaricdə qeyd olunmasını Azərbaycan ədəbiyyatına və ziyalısına verilən yüksək dəyər kimi qiymətləndirib.

Sonra tədbir iştirakçıları Mir Cəlal Paşayevin həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” filmini izləyiblər.

Bakı Dövlət Universitetinin professoru Abdulla Abbasov, professorlar Qəzənfər Paşayev və Şirindil Alışanov Mir Cəlal Paşayevin təkcə yazıçı, alim və müəllim kimi deyil, eyni zamanda, təşkilatçı, ziyalı, xeyirxahlıq və s. kimi məziyyətlərindən də söz açıblar. Qeyd edilib ki, Mir Cəlal Paşayevin dilimizin inkişafında müstəsna xidmətləri olub. Onun əsərlərində dilimizin yığcamlığı və orijinallığı aydın şəkildə görünür.

Sonda BMU-nun tələbə-teatr studiyasının üzvlərinin ifasında Mir Cəlal Paşayevin əsərlərindən nümunələr təqdim olunub.

 
 
 
 
 
 
 
 
 
 

https://azertag.az/xeber/Baki_Muhendislik_Universitetinde_Mir_Celal_Pasayevin_110_illik_yubileyi_qey

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018