Bakı Mühəndislik Universitetində Futbol turniri keçirilib Bakı Mühəndislik Universitetində Futbol turniri keçirilib

, baxılıb - 301 dəfə

Bakı Mühəndislik Universitetində Yataqxanada qalan tələbələr arasında “Payız çempionatı” futbol turniri keçirilib.
Turnirin əsas təşkilatçılarından olan universitetin tələbəsi Yasin Yusifbəylinin verdiyi məlumata gör, çempionatda 7 komanda iştirak edib. İştirakçılar komandalara püşt atma yolu ilə seçilib.

Gərgin mübarizə şəraitində keçən turnirin final mərhələsinə 2 komanda Qarabağ və Qəbələ komandaları vəsiqə qazanıblar. Noyabrın 7-də baş tutan final görüşündə Qəbələ komandası turnirin qalibi olub. Universitet rəsmilərinin də iştirak etdiyi turnirin mükafatlandırma mərasimində qalib komandaya və turnirin 13 qolla bombardiri seçilmiş Natiq Süleymanova kubok və diplomlar təqdim olunub.

 

 
Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020