Bakı Mühəndislik Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir. Bakı Mühəndislik Universitetində 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

, baxılıb - 174 dəfə

   Azərbaycan Respublikasının Təhsil Naziriliyinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” müvafiq əmrinə uyğun olaraq Bakı Mühəndislik Universitetində (BMU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası yanvar ayının 3-də başlayıb.

 Universitetdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin olunması istiqamətində bütün lazımi tədbirlər görülür. Belə ki, imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb.

   Qeyd edək ki, imtahanlar yazılı formada keçirilir. İmtahan cavabları kodlaşdırılır və yoxlanıldıqdan sonra nəticələr  elektron formada BMU-nun Tələbə Məlumat Sisteminə yerləşdirilir.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2019