Bakı Mühəndislik Universitetində (BMU) IV-V kurs tələbələrinin Alman akademik mübadilə xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirildi Bakı Mühəndislik Universitetində (BMU) IV-V kurs tələbələrinin Alman akademik mübadilə xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirildi

, baxılıb - 539 dəfə

Bakı Mühəndislik Universitetində (BMU) IV-V kurs tələbələrinin Alman akademik mübadilə xidmətinin (DAAD) Bakı ofisinin əməkdaşı Rəna Hüseynova ilə görüşü keçirildi.

   Görüşdə öz təqdimatı ilə çıxış edən DAAD-ın nümayəndəliyinin əməkdaşı Rəna Hüseynova təşkilat və onun fəaliyyəti haqqında məlumat verib. O, Azərbaycanın ali təhsil ocaqları ilə DAAD-ın əməkdaşlığından danışıb. Rəna Hüseynova bildirib ki, Alman akademik mübadilə xidməti özündə 238 Almaniya ali təhsil müəssisəsini, dünya üzrə 15 xarici nümayəndəliyi birləşdirir və hər il təxminən 58.000 tələbəyə təqaüd verir.

  Məruzəçi, həmçinin görüş iştirakçılarını DAAD-ın əsas fəaliyyət istiqamətləri barədə məlumatlandırdı. Sözügedən programın Almaniyanin ali təhsil ocaqlarında və elm mərkəzlərində xarici tələbələrə təqaüd ayırdığını və bununla intellektual gənclərə dəstək olduğunu vurguladı. R.Hüseynova Almaniyanın ali məktəblərində təhsil almaq üçün namizədlərin seçimi prosesi barədə və ərizələrin verilməsi qaydaları haqqında da ətraflı məlumat verib. Magistratura və yay məktəbləri barədə danışan Rəna Hüseynova görüşün sonunda BMU-nin tələbələrinin suallarını cavablandırıb.

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017