Bakı Mühəndislik Universitetində “Pİ” klubu və bölmələrin birgə təçkilatçılığı ilə “Mathemartic” sərgisi keçirilib Bakı Mühəndislik Universitetində “Pİ” klubu və bölmələrin birgə təçkilatçılığı ilə “Mathemartic” sərgisi keçirilib

, baxılıb - 60 dəfə

     Sərgidə Abşeron rayonunda yerləşən 5 Saylı orta məktəb, 9 Saylı Orta məktəb və Zirvə Liseyi aktiv iştirak edib. Tələbələr və şagirdlərin iştirakı ilə hazırlanan  müxtəlif riyazi- məntiqi oyunlar, fokuslar, riyazi düstur və teoremlərin əyani və rəngarəng isbat yolları, topoloji  düyünlər və s. layihə halında sərgiyə gələn ziyarətçilərə nümayiş edildi.

 “Mathemartic” sərgisinin əsas məqsədi haqqında məlumat verən Bakı Mühəndislik Universitetinin müəllimi Bəhman  Məmmədov  bildirib ki, əsas məqsəd müasir təhsil sistemində kurikuluma uyğun olaraq riyaziyyatı əyani şəklidə təqdim etmək, mürəkkəb görünən riyaziyyatın əslində nə qədər sadə, nizamlı olduğunu göstərmək, riyaziyyata olan marağı artırmaq, riyaziyyatın çətin və darıxdırıcı deyil, kifayət qədər maraqlı, rəngarəng və düşündürücü elm olduğunu əyani olaraq nümayiş etdirməkdir. Digər muzeylərdən fərqli olaraq, burada sərgilənən eksponatlara toxunmaq, onları araşdıraraq öyrənmək mümkündür.  

Fəaliyyətlərinin durmadan inkişaf etdiklərini bildirən Bəhman  Məmmədov  yaxın zamanlarda yeni “Pİ” jurnalının işıq üzü görəcəyinin xəbərini verdi. Bu jurnal aylıq və ya rüblük olaraq çap olunacaq. Sonda onu da qeyd edək ki, Bakı Mühəndislik Universitetinin “Pİ” kulubu  tərəfindən  “Mathemartic” sərgisi orta məktəblərdə də təşkil olunacaqdır.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2017