Bakı Mühəndislik Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi keçirilib Bakı Mühəndislik Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi keçirilib

, baxılıb - 71 dəfə

 

  Bakı Mühəndislik Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin “Ədalət” mövzusunda tədbiri keçirilib. Tədbirdə Bakı şəhərindən və rayonlardan olan müxtəlif məktəblərin 11-ci sinif şagirdləri iştirak edib. Layihə iştirakçıları Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası ilə tanış olub, universitet həyatı ilə bağlı dəyərli məlumatlar əldə ediblər.

  Əvvəlcə “Gələcəyini Qur!”  layihəsinin koordinatoru  Turan Cəfərova layihə haqqında ümumi məlumat verib. Turan Cəfərova bildirib ki, hazırda “Gələcəyini Qur!”  layihəsinin keçmiş məzunlarından 12 nəfər BMU-da təhsillərini davam etdirir. Layihə koordinatoru nitqinə davam edərək, proqramın gedişində bu tələbələrin də Bakı Mühəndislik universiteti haqqında təqdimat edəcəyini bildirib. 

  Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov tədbir iştirakçılarını salamlayıb. BMU haqqında ümumi məlumat verərək bildirib ki, Bakı Mühəndislik Universiteti ümumilikdə 20 hektar sahədə yerləşir. Binalarının ümumi sahəsi 30 min kvadratmetrdir. 2 tədris korpusu, 2 yataqxanası var. Universitetdə mühəndislik fakültəsi laboratoriyası, kimya, mexanika, kompüter mühəndisliyi, fizika, biologiya, linqvistika laboratoriyaları fəaliyyət göstərir. Bakı Mühəndislik Universiteti yarandığı qısa müddət ərzində Publik Hüquqi şəxs kimi Ali təhsil müəssisəsi strukturunun formalaşmasında, idarəetmədə və tədrisin keyfiyyətinin artırılmasında nailiyyətlər əldə edib. Universitetin müəllim - tələbə kollektivi  ölkəmizin ictimai siyasi həyatında  və beynəlxalq elmi konfranslarda aktiv iştirak edirlər. Bir sözlə tələbələrin yüksək təhsil almaları və mənalı tələbə həyatı yaşamaları üçün hər cür şərait yaradılıb.

  Tədbirdə iştirak edən  Millət vəkili  Aydın Mirzəzadə şagirdlər qarşısında “ədalət” mövzusunda mühazirə ilə çıxış edib. Sonda millət vəkili Aydın Mirzəzadə şagirdlərin mövzu ilə əlaqəli suallarını cavablandırıb.

     Layihə rəhbəri Bəhruz Hidayətzadə elmin vacibliyi, layihənin ədalət, sevgi, məsuliyyət kimi dəyərləri haqqında çıxış edib. Qeyd edib ki, “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək olmaq və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə rəhbəri tədbirə ev sahibliyi etdikləri üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.

   Sonda “Avtostop” layihəsinin rəhbəri DJ Tural “ədalət” və “ədalətsizlik nədir”, “insanın özünə qarşı ədalətsiz olması” mövzusunda maraqlı təqdimat edib. Çıxışçının təqdimatını maraqla qarşılayan şagirdlər, DJ Turala  suallarını ünvanlayıblar.

Tədbirin digər spikerləri arasında Gilan Holding şirkətinin insan resursları üzrə mütəxəssisi Xəqani Səfərov, tarixçi və tədqiqatçı Əkbər Nəcəf və BMU-nin müəllimi Şamxal Əbilov var idi.

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018