Bakı Mühəndislik Universitetində “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” müzakirə olunub Bakı Mühəndislik Universitetində “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” müzakirə olunub

, baxılıb - 103 dəfə

Bakı Mühəndislik Universitetində (BMU) “Elmi fəaliyyətlərin effektivliyinin artırılması metodları” adlı təlim keçirilib. Təlimdə universitetin əməkdaşları iştirak edib.

AZƏRTAC xəbər verir ki, ali məktəbin elmi işlər üzrə prorektoru Elçin Süleymanov iştirakçılara tədbirin mahiyyəti ilə bağlı məlumat verib. Qeyd edib ki, Təhsil Nazirliyi tərəfindən atılan lazımi addımlar nəticəsində ali təhsil müəssisələri arasında elm sahəsində rəqabət formalaşıb ki, bu da universitetlərdə elmi bazadan istifadəni mühüm amilə çevirib.

Sonra “Tomson Reuters” Agentliyinin Azərbaycan üzrə nümayəndəsi, təlimçi Aygün Babazadə bildirib ki, elmi bazaya ən keyfiyyətli məlumatlar yerləşdirilir. Təlimçi baza haqqında statistik göstəriciləri də iştirakçıların diqqətinə çatdırıb. O, BMU-nun akademik heyətinin bazadan istifadəsi göstəricisinin və bazada yerləşdirilən jurnallarda çıxan məqalələrinin sayının yüksək olduğunu qeyd edib və auditoriyanın suallarını cavablandırıb.

Bakı Mühəndislik Universitetinin kitabxanasının əməkdaşı Dürnisə Səfərova ali təhsil ocağının nəşrlərindən, kitabxananın elektron xidmət imkanlarından və kitabxananın üzv olduğu elektron resurslardan effektiv istifadə ilə bağlı məlumat verib.

Təlim plagiat.pl şirkətinin icraçı menecer - təlimçi Aygül Məmmədlinin təqdimatında universitetin abunə olduğu “StrikePlagiarizm proqramından effektiv istifadə metodları” adlı seminarla davam edib.

Bakı Mühəndislik Universitetinin elmi işlər üzrə prorektoru, təlimçi Elçin Süleymanovun “Elmi resurs bazalarında profil açmaq və elmi tədqiqatların beynəlxalq elmi ictimaiyyətə effektiv çatdırılma metodları” adlı seminardakı çıxışı ilə təlim başa çatıb.

https://azertag.az/xeber/Baki_Muhendislik_Universitetinde_Elmi_fealiyyetlerin_effektivliyinin_artiri

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018