Bakı Mühəndislik Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın I turu keçirilib Bakı Mühəndislik Universitetində “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın I turu keçirilib

, baxılıb - 278 dəfə

 Heydər Əliyev Fondu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın I turu 29 aprel 2018-cü il tarixində Bakı Mühəndislik Universitetində keçirilib.

Bu müsabiqə artıq 12-ci ildir ki, keçirilməkdədir. “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunub.

Olimpiadanın məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq proqramlaşdırma müsabiqəlrinə cəlb edilməsidir.

Olimpiada iki mərhələdən ibarətdir. Birinci mərhələdən öncə 1 ay müddətində Olimpiadanın “www.olimpiada.az” saytında Respublikanın ali təhsil müəssisələrini təmsil edən komandaların qeydiyyatı həyata keçirilir. Hər bir komanda 1 müəllim (rəhbər qismində) və 3 tələbədən (bakalavr) təşkil olunur. Hər bir ali təhsil müəssisəsi üzrə maksimum 4 komanda Olimpiadanın birinci mərhələsinə buraxılır.

Ötən 11 ildə hər il orta hesabla 10 - 15 ali təhsil müəssisəsindən 40 - 50 komanda (160 - 200 iştirakçı) Olimpiadanın birinci mərhələsinə qoşulub.

Bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda “www.olimpiada.az” saytında qeydiyyatdan keçib və Olimpiadada iştirak hüququ qazanıb. Paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələri, əsasən də, Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt və Lənkəran Dövlət Universitetlərinin, Azərbaycan Texnologiya Universitetinin, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri bu il Olimpiadaya xüsusi maraq göstərir.

Bu il Olimpiadada müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunur.

Olimpiadanın açılış mərasımındə Bakı Mühəndislik Universitetinin rektoru prof. Havar Məmədov qonaqları və olimpiada iştirakçılarını salamlayıb və olimpiadanın əhəmiyyətindən danışıb. Bildirib ki,  dövrümüzdə İKT bütün sahələrin aparıcı qüvvəsinə çevirilib. Ölkəmizdədə bu sahənin inkişafı  daim diqqət mərkəzindədir. Rektor qeyd edib ki, rəhbərlik etdiyi universitetdə tədris olunan ikt ixtisasları güclü maddi-texniki bazaya malikdir və savadlı müəllim heyəti var. Bunun da bariz nəticəsidir ki, tələbələrimiz yerli və beynəlxalq olimpiadaların iştirakçısı və qalibi olurlar. Ən son bu sahədə Hindistanda kecirilmiş Beynəlxalq proqramlaşdırma müsabiqəsində qızıl medal qazanmış Bakı Mühəndislik Universitetinin BEU Programmers komandasının uğurunu nümunə olaraq göstərib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirinin müavini Elmir Vəlizadə olimpiadanın XIIdəfə təşkil olunduğunu və ənənəyə çevrildiyini bildirib. Qeyd edib ki, olimpiadada  ilk illərdə ancaq Bakıda yerləşən Ali məktəblər iştirak edirdisə, indi demək olar ki, bütün respublikada yerləşən universitetlərin komandalarısı iştirak edir. Olimpiadanın keçirilməsində məqsəd ondan ibarətdir ki, tələbələrin ikt sahəsində bilikləri artsın və ölkəmizi beynəlxalq elm yarışlarında layiqli təmsil etsinlər. Sevindirici haldır ki, olimpiadanın iştirakçısı olmuş şəxslər indi bu sahədə əmək bazarında yüksək karyera qurublar. O, Beynəlxalq proqramlaşdırma müsabiqəsində qızıl medal qazanmış Bakı Mühəndislik Universitetinin BEU Programmers (Rəşad Məmmədov, Mahmud Allahverdiyev, Rəsul Kərimov, komanda rəhbəri Etibar Seyidzadə) komandasının üzvlərini səhnəyə dəvət edərək onları həm təbrik etdi, həm də auditoriyaya nümunə göstərdi.

AMEA İnformasiya Texniologiyaları İnstitutunun direktor müavini Rəşid Ələkbərov AMEA ilə ali təhsil müəssisələri arasında qurulan əlaqələrin müsbət nəticə verdiyini qeyd edib. Olimpiadanın tarixi inkişafından danışaraq olimpiadanın tələbələrdə komanda kimi işləmək bacarığını formalaşdırdığını bildirib.

Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayev istedadların aşkar olunmasında olimpiadaların rolundan danışıb. Qeyd edib ki, Təhsil Nazirliyi bu sahəyə xüsusi diqqət ayırır. Orta məktəblərdən başlayaraq olimpadalar təşkil edilir.

Naxçıvan Dövlət Universitetinin prorektoru Elşən Məmmədov olimpiadanın təşkilatçılarına təşəkkür edib və iştirakçılara uğurlar arzulayıb.

Mühsiflər heyyətinin sədri dos. Ramin Mahmudzadə iştirakçılara bildirib ki, olimpiadanın təşkili onların elmlərinin artırılması üçündür. Ona görə də bu sahədə yaxşı mütəxəssis olmaq istəyirlərsə hər gün yeni nəsə öyrənməlidirlər.

Açılış mərasimində 21-30 mart 2018-ci il tarixlərində Hindistanda kecirilmiş Beynəlxalq proqramlaşdırma müsabiqəsində qızıl medal qazanmış Bakı Mühəndislik Universitetinin BEU Programmers komandası adından Rəşad Məmmədov əldə olunan nəaliyyətə gedilən yol haqqında danışdı və iştirakçılara tövsiyyələrini verib.

Sonra Bakı Mühəndislik Universitetinin baş müəllimi Etibar Seyidzadə yarışın keçirilmə şərtləri və qaydalar haqqında məlumat verib.

Olimpiada beynəlxalq “ACM ICPC” (Ali məktəb tələbələrindən ibarət komandalar arasında informatika üzrə beynəlxalq olimpiada) qaydaları üzrə keçirilib. Müsabiqədə komandalara 11 alqoritmik məsələnin proqramlarını (C, C++, Java, Python və ya Pascal dillərindən birində) tərtib etmək və PC2 avtomatik kod qiymətləndirmə sistemində sınaqdan keçirmə tapşırığı verilib. Qaydalara əsasən, hər bir təhsil müəssisəsi üzrə ən yaxşı nəticə göstərmiş bir komanda Olimpiadanın final mərhələsinə vəsiqə qazanıb. Finalda ən yaxşı nəticə göstərən 4 komanda qalib elan ediləcək.

Qaliblər (I-IV yerlər) “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Fəxri Fərman və Diplomlarla mükafatlandırılacaq.

Olimpiadanın növbəti (final) mərhələsi 05 may 2018-ci tarixində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda keçiriləcək.

 

 

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 
 

©2020