Bakı Mühəndislik Universitetində “15 İyun – Milli Qurtuluş Günü” qeyd olunub Bakı Mühəndislik Universitetində “15 İyun – Milli Qurtuluş Günü” qeyd olunub

, baxılıb - 136 dəfə

“QarabagNews”a Bakı Mühəndislik Universitetindən verilən məlumata görə universitetdə 15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə universitetin müəllim –tələbə heyəti ilə yanaşı millət vəkili, akademik Ziyad Səmədzadə və YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev iştirak edib.

Dövlət himninin oxunmasından sonra başlayan tədbirdə müstəqilliyimizin ilk vaxtlarında baş verən hadisələrdən, Heydər Əliyevin xalqın təkidi ilə 15 iyunda hakimiyyətə gəlməsindən sonra ölkəmizdə müsbət mənada cərəyan edən dəyişikliklərdən bəhs edən sənədli film nümayiş olunub.

Tədbirdə çıxış edən universitetin rektoru, professor Havar Məmmədov bildirib ki, 1991-ci il 18 oktyabrda müstəqillik qazansaq da 1993-cü ilin ilk vaxtlarında  müstəqilliyimizin ən ağır vaxtları idi. İyunun 4-də baş verən Gəncə hadisələri müstəqilliyimizin itirilməsinə aparırdı. Belə bir dövrdə Ulu öndər böyük risklərə baxmayaraq, ölkəmizin xilaskarlıq missiyasını cəsarətlə öz üzərinə götürdü. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi.Bununla da Azərbaycanda davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına “Milli Qurtuluş Günü” kimi daxil oldu.

Rektor bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Millət vəkili, akademik Ziyad Səmədzadə çıxış edərək həmin dövrdə baş verən hadisələrin canlı şahidi olduğunu və necə bir ağır dövr olduğunu faktlarla tədbir iştirakçılarının diqqətinə çatdırıb. Akademik 15 İyun – Milli Qurtuluş Günündən sonra Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, iştirak etdiyi beynəlxalq layihələr  və qloballaşma prosesinə Azərbaycanın öz standartları ilə qoşulmasından danışıb.

 

http://qarabagnews.com/baki-muhəndislik-universitetində-15-iyun-milli-qurtulus-gunu-qeyd-olunub/

 

Bölmənin digər xəbərləri
Bölmənin digər xəbərləri
 
 
 

©2018